Əsas şəkil

Ataxan qalası

Tarixi
E.ə I minillik
Yerləşmə
Əvvəlki toponim

İrəvan quber­ni­yasının Yeni Bayazid qəza­sında yerləşən Qaranlıq ra­yo­nundakı Atam­xan (Adam­xan) kəndində 

Yerləşmə
Hazırkı toponim

Qaranlıq rayo­nu–Martuni, Adamxan kəndi–3.07.1968-ci il dən–Vardadzor 

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Ataxan qalası­nın 1988-ci il­də azərbay­can­lı­ların de­por­ta­si­yasına  qədər to­xunul­mamış qalan qalıqları daha sonra er­mənilər tərifin­dən dağı­dılıb.

Məlumat

Ataxan qalasının özünə gəldikdə isə, qalanın memarlıq həlli heç bir halda erməni memarlığı ilə uzlaşmır. Qala iki terraslıdır və hər terrasın müdafiə xətti var. İri qaya parçalarından ibarət olan birinci müdafiə xəttindəki su oyma­larının izinə istinadən belə qənaətə gəl­mək olar ki, ilkin müdafiə xətti gölün içində yerləşirmiş. Oxşar müdafiə sisteminin yalnız Bakı qalasında və Kələqıranda müşahidə olunması isə bu qəbil mehəllinin eyni bir millətə məx­susluğu barədə mülahizələrə əsas verir. Ataxan qalasının daxili müdafiə xətti isə ikiqat divarların xüsusi yapışdırıcı məhlulla bərkidilməsi yolu ilə ucaldılıb ki, bu texnologiyaya da eramızdan əvvəlki dövrə aid olan heç bir digər memarlıq nümunəsində rast gəlinmir. Yalnız Göyçə hövzəsinin şimalındakı Ördəkli qalasında oxşar texnolo­giya­dan və memarlıq həllindən istifadə olunması isə Göyçədə eramızdan əvvəl mövcud olmuş 23 çarlığın hamısının eyni bir mədəniyyətə və o dövr üçün anoloqu olmayan yüksək dərəcədə inkişaf etmiş texnologiyalara malik eyni bir etnosa məxsus olması barədə qənaətlərə tam mənada əsas verir. 

Qala, Göyçənin əzəli sahibi olan etnosun hələ 3000 il bundan əvvəl sivil bir mədə­niyyətə malik olmasına şəha­dət verən canlı sübutdur. O et­no­sun müasir təsnifat­dakı han­sı millə­tin əcdadı olma­sı­nı isə 3000 illik tarixi olan daş kitabə­lər­dəki to­po­nimlər gös­tə­rir.