Əsas şəkil

Atdaş qəbirüstü abidələri

Tarixi
IX-X yüzil
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lı­nın Kəvər ra­yonundakı Akdaş (Alfundaş–Qızıldaş) kəndində 

Yerləşmə
Hazırkı toponim

Kəvər rayonu–13.04.1959-cu ildən–Kamo

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

1988-ci depor­ta­siyasına qə­dər kəndin xa­raba­lıqları və qəbir­üstü abi­də­lərin bir qis­mi­nin qa­lıq­ları to­xu­­nul­mamış qalırdı. 

Məlumat

Oğuz türkünün bu kənddə məskun­laş­ma tarixi barədə səhih məlumatlar ol­masa da, o xarabalıqdakı ocaq yerlə­ri­nin təxmini sayının 200 həddini keç­məsi reallığına və kəndə məxsus mə­zarlıqdakı qəbirüstü kitabələrin qalıq­larına əsasən, bu obanın təxminən 10–12 əsrlik tarixi barədə mülahizə yürüt­mək olar.

Göyçənin ən qədim və iri yaşayış məs­kən­lərindən biri olan Qızıldaş adlı bir türk obası XVIII əsrdə hələ yaşarı idi və bu tarixi reallıq rəsmi mənbələrdə təsdiqlənib. Atdaş kəndi 1826-1829-cu illərdə baş vermiş Rusiya–İran, Tür­kiyə–Rusiya müharibələri zamanı er­məni–rus hərbi birləşmələrinin Göyçə­də viran qoyduğu 67 kənddən biridir.[i] Kənd ləğv olunanan qədər burada ancaq azər­baycanlılar yaşayıb.
 

1728-ci il ta­rixli “İrəvan əya­lə­tinin ic­mal dəf­təri”nin 12-ci səhifə­sin­də kənd əzəli adı ilə – “Gö­rü­­cüörən (Av­da­lağalı) kəndi tərəfdəki Qızıl­daş kəndi” təs­nifatı ilə təq­dim olunub.


[i] Шопен И.И. "Исторический памятник состояния Армянской области в эпоху присоединения к Российской империи", SPb, 18