- Tarixi
- IV-V yüzil
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Kəvər (Yeni Bayazet) rayonu yaxınlığındakı Axsaxtovuz kəndində
- YerləşməHazırkı toponim
Kəvər rayonu–13.04.1959-cu ildən – Kamo
- Təsnifatı
Dekorativ tətbiqi sənət
- Mövcud vəziyyəti
1988-ci il deportasiyasına qədər bu kəndin xərabəlikləri və kitabə ərazidə qalırdı. Sonrakı dövrlərdə ermənilər tərəfindən dağıdılıb.
- Məlumat
Göyçə gölünün qərbində, indiki Kamo şəhərindən 15–18 kilometr cənubda, Əyriçayın cənub qolunun üstündə, Atdaş (Altundaş) kəndi ilə həmsərhəd idi. Kəndə yaxın bir yamacdakı daş kitabələrin qalıqları mövcud idi. Yamacdakı qaya daşları üzərində yer alan müxtəlif heyvan təsvirləri və yazılar burada məskunlaşmanın qədim dövrə aid olduğunu göstərir. Oğuz dövrünə aid daşüstü kitabələrdəki yazı və təsvirlərə tarixi torpaqların azərbaycanlılar yaşayan bir çox ərazisində rast gəlinirdi. Kitabələr bu yerlərin oğuz türkləri tərəfindən binələşdirilməsinin azı 1500 illik tarixi barədə mülahizələrə əsas verir.
Kənd haqqında ilk dəfə XVIII əsr müəllifi Simon İrəvanlının səfər qeydlərində məlumat verilir. Axsaxtovuz kəndinin adı 1826-1829-cu illər aralığındakı müharibələr zamanı erməni–rus birləşmələri tərəfindən Göyçə mahalında dağıdılmış 108 kənddən 67-sinin İ.Şopen tərəfindən tərtib olunmuş siyahısında 22-ci sırada yer alıb.[i] Bu siyahıda Axsaxtovuz Atdaş kəndinə yaxın bir kənd kimi təsniflənir ki, bu da S.İrəvanlının qeydlərindəki təxmini coğrafi təyinatla uzlaşır. Fəqət, yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilən kəndin adı Şopen tərəfindən 1831-ci ildə tərtib olunmuş siyahısında və bundan sonrakı dövrlərə dair rəsmi sənədlərdə yoxdur. Azərbaycanlı yurdu olduğu üçün ermənilər tərəfindən siyahıda kənd XIX yüzilin əvvəllərində ləğv edilib.[ii]
Axsaxtovuz kəndi qədim tarixi olan ancaq Azərbaycan əhalisinin yaşadığı kənd olub. Oğuz türkləri dövrünə aid 1500 illik daşüstü kitabə, buranın alban türk yurdu olduğunu təsdiq edir.
