- Tarixi
- XIII əsr
- YerləşməƏvvəlki toponim
Dərələyəz mahalının Keşişkənd rayonundakı Ağyar (Əyar) kəndində
- YerləşməHazırkı toponim
Keşişkənd rayonu Yeğeqnadzor. Ağyar kəndi – 10.09.1946-cı ildən Şvanidzor
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Ayar körpüsü ermənilər tərəfindən mənimsənilərək, təmir edilib, istifadə olunur. “Erməni abidəsi” kimi təqdim edilir.
- Məlumat
Ayar körpüsü XIII əsrdə Elxanilər dövlətinin hakimiyyəti illərində inşa olunmuşdur[i]. Kənd XIII əsrdə Amağu məbədinin tabeliyində olmuşdur. Kəndin ilk adı Əyar olub, rayon mərkəzindən 3 km cənub-şərqdə yerləşib və körpü adını bu kəndin adından alıb.
Şərqi Arpaçay üzərində yerləşən Ayar körpüsü tək tağlı olub, yonulmuş iri çay daşlarından açıq üçbucaq formasında inşa edilib. Bölgənin ən böyük körpülərindən biridir. Körpü Azərbaycan və Şərq memarlığı üslubunda tikilib. Körpünün alt dəyirmi hissəsi mişar daşları ilə oval-dairəvi qaydada hörülmüşdür. Körpünün hündürlüyü 10–11 metr, uzunluğu 30–35 metr, eni isə 3,5–4 metr civarındadır. Ətraf kənd və kəndin örüş yerləri ilə əlaqə yaradan körpü funksiyasını yerinə yetirib.
1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Kəndə ermənilər 1828–1829-cu illərdə İranın Xoy, Salmas və Maku vilayətlərindən köçürülmüşdür[ii]. Burada ermənilərlə yanaşı, 1831-ci ildə 30 nəfər, 1887-ci ildə 23 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır[iii]. İndi kənddə ermənilər yaşayır.
Ərazilər arasında əlaqələndirmə rolunu oynayan Ayar körpüsü, XIII əsr Elxanilər dövrünə aid olduğu üçün Azərbaycan tarixi irsini təmsil etməsi baxımından əhəmiyyətlidir. Toponim “öz təşkilatı olan və varlılar hesabına kasıblara kömək edən şəhər yoxsullarından ibarət təbəqə” mənasında işlənən əyar sözü[i] əsasında formalaş-mışdır. Nəsil adı bildirir. Patronim toponimdir. Quruluşca sadə toponimdir.
[i] Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, s.574
[i] https://www.facebook.com/photo/?fbid=4292400567502707&set=a.105289376213868&locale=az_AZ
[ii] Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.20
[iii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. 90-91, 160-161
