Əsas şəkil

Babacan kəndində kitabələr

Tarixi
III-V yüzil
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lının Basar­ke­çər rayonun­dakı Babacan (15.07.1946-cı ildən Qızıl­kənd)kəndində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər rayonu 11.06.1969-cu ildən–Vardenis, Babacan kəndi 19 .04.1991-ci ildən–Tsаrаtаğ

Təsnifatı

Dekorativ – tətbiqi sənət

Mövcud vəziyyəti

Babacan kən­dindəki Alban türk­lərin yaşa­masından bəhs edən, üzərində “Qrabar” əlif­ba­sı ilə yazılan xaç daşlarının bir qismi dağı­dılıb, qalan abi­­­­dələr isə er­mə­nilər tərəfin­dən mənimsə­nilib erməni abi­dəsi ki­mi təqdim olunur.

Məlumat

 Kəndin mərkəzində və həmsərhəddi Pəmbək kəndinin ərazisinə yaxın Şımpır çayının sağ sahili tərəfdə yerləşən, Yolaşan adlanan yerdəki, tarixi III-V əsrlərə təsadüf edilən Alban türk­lərin yaşamasından bəhs edən, üzərində “Qrabar” əlifbası ilə yazılan xaç daşları var. Vaxtı ilə Şımpır çayının hər iki sahilində yaşayış məskəni salmış III-V əsrlərdən XVI əsrin ortalarına, yəni 1550-1560-cı illərə qədər Alban türklərinin yaşayış məskəni olan Şımpır kəndi tarixi abidələrlə zəngindir.

Tаm аdı Bаbаcаn dərəsidir.  1728-ci ilə аid mənbədə Qırхbulаq nаhiyəsində kənd аdı kimi qеyd оlunub. Kənd Bаbаcаn dərəsində yаrаnmışdır.[i] Dərə mülkədаr Bаbаcаnа аid оlmuşdur. Babacan kəndi XVII əsrin əvvəlində (1715) yara­dıl­mışdır. Kənddə 1988-ci ilə qədər 200-yə yaxın azərbay­can­lı ailəsi yaşayıb.

 Kəndin ərazi­sin­dəki Gur bu­laq, Port–port bu­laq, Pəri bu­laq, Qaralar bu­lağı, kəndin mər­kəzindən ke­çən Babacan və Şımpır çay­ları, kəndin ya­xınlığında olan Göyçə gölünü və dağ ərazi­sindəki Ala­göllər, Armud­lu dərə, Ərəş­di­lərin yurdu, Qəh­­­rəman ko­xanın yurdu, Molla Əhmə­din dərəsi, Mur­­tuzalılar yur­du, Qaralar yurdu, Qısır da­ğı, Sarı qaya, Şımpır dərəsi, Tər­sə meşəsi, Arıxlıq meşəsi, Qurut təpəsi, Qaraardıc me­şə­si, Şımpır ko­­mu və başqa yerləri azərbay­canlı yurdu ol­duğu­nu göstərir.
 


[i] https://az.wikipedia.org/wiki/Babacan_(G%C3%B6y%C3%A7%C9%99)