- Tarixi
- V–VI əsrlər
- YerləşməƏvvəlki toponim
Dərəçiçək mahalının Aşağı Axta rayonundakı Babakişi kəndində
- YerləşməHazırkı toponim
Aşağı Axta rayonu 30.06.1959-cu ildən Hrazdan, Babakişi kəndi isə 15.07.1948-ci ildən Ağavnadzor adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qəbiristanlıq ərazisində hazırkı dövrdə də qalan qoç heykəli “erməni abidəsi” kimi təqdim edilir.
- Məlumat
Babakişi kəndindəki qoç heykəli kənd qəbiristanlığının ərazisində yerləşir. Qoç heykəlinin yerləşdiyi qəbiristanlıq Babakişi kəndindən şimal-şimal-şərq hissədə, meşənin kənarındadır. Burada qədim türk qəbiristanlığından nişanə qalan bir ədəd qoç fiqurlu qəbirüstü abidə var. Qədim müsəlman qəbiristanlığında olan və türk mənşəli tayfaların ərazidə yaşadığını sübut edən qəbirüstü qoç heykəli hələ də oradakı at heykəli ilə birlikdə qalmaqdadır[i]. Tünd boz qaya daşından yonulmuş buynuzlu qoç heykəli günümüzdə də əzəmətini qoruyur. Hündürlüyü 60–70 sm və uzunluğu 1 metr civarında olan dördkünc formadakı qoç heykəli ağır qaya daşından hazırlanıb. Bu, onun dağılmaması səbəblərindən biridir. Heykəlin baş alın və sol yan tərəfində dəliklər var (güllə izləri olduğu ehtimal olunur).
Babakişi kəndi rayon mərkəzindən 10 km şimal-qərbdə, Misxana çayının yaxınlığında yerləşir. Ermənilər buraya 1829-cu ildə Türkiyənin Alaşkert vilayətindən köçürülüb[ii].
1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi sıxışdırılıb çıxarılmışdır. Kənddə 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır. 1886-cı ilə aid məlumata görə, kəndin əhalisi ermənilərdən ibarət idi. 1905–1906-cı illərdə azərbaycanlılar kənddən qovulmuş, bütün kəndə ermənilər yerləşdirilmişdir. 1926-cı ildə ermənilərlə yanaşı, 3 nəfər azərbaycanlı[iii] yaşayıb. 1930-cu ildə kənddə olan 3 nəfər azərbaycanlı da qovulmuşdur. İndi kənddə yalnız ermənilər yaşayır.
Toponim Babakişi şəxs adı əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir[i].
[i] Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Бабакиши // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
[i] https://www.facebook.com/photo/?fbid=8273512882662972&set=pcb.8273513039329623
[ii] Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti,(erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.159
[iii] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.16–17
