Bala Seyidin ocağı

Tarixi:
XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Göyçə mahalı Ba­­sar­­keçər ra­yo­­­nu­nun Qı­zıl­­­­­­­bul­aq (Çaxırlı) kən­­­­­­dində.

Yerləşmə /
Hazırkı toponim:

Qızılbulaq (Ça­xır­lı) kəndi 25.01.1978-ci il­dən – Soveta­kert, 3.04.1991-ci ildən Xaçax­b­yur adlan­dı­rı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Bala Seyidin o­c­a­­ğı və məzarı er­mənilər tə­rə­fin­dən dağıdılıb.

Məlumat:

Qızılbulaq kəndi Göyçə mahalının və Qər­b­i Azər­­bay­canın din adamları, dini ibadət­gah­la­r, xeyriyyəçilər və ruhsal-sakral oca­q­lar­la məşhur yerlə­r­indən­dir. Kənddə çox sayda seyid tayfaları və ocaq­lar mövcuddur. Kəndin Seyidlilər tayfa­sından Bala Seyidin ocağı sınanmış ruh­sal-sakral irfan oca­ğı idi. Bu ocağa qonşu kənd­lərin əhalisi də ziyarətə gələr və nəzir dilərdilər. Kəndin Hacı Abdullauşağı tay­fasından Hacı Abdulla, Molla İsgəndər, Ağa­lıqlar tayfasından Böyükağa, Abbasəli bəy, Ayvazlılar tay­fa­sından Kərbəlayı Avas, Böyük kişi, Məmmədov Əmir­xan, Mə­hər­rəmov Arif, Muradhasanlılar tayfa­sın­­dan Maya qarı, Tağıyev Qəmbər, Mur­sa­qulular tay­fasından Quliyev Cəmşid, Na­ğı­lılar tayfasından Süley­manov Qəmbər və baş­qa tanınmış xeyriy­yə­çiləri ilə birlikdə Bala Seyid kənddə keçirilən məra­sim­lərin təş­kilatçılarından olub. Ağalıq və kənd­xu­­­da­lıq­la idarə edilən kənd­də se­­­yidlər ida­rə­­çi­lər və xalq tərə­f­in­­­­­dən hörmət edi­­­­lən in­sanlar idi.

Fotolar:
Videolar: