Balatəpə dağında alban abidələri
Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı kəndində.
Nərimanlı kəndinin adı 19.04. 1991-ci ildə dəyişdirilərək Şatvan adlandırılıb.
Memarlıq
Balatəpə dağında Azərbaycan tarixinə aid zəngin maddi-mədəni irs olan abidələrin bir qisminə erməni elementləri əlavə olunub, erməniləşdirilib, qalanları isə dağıdılıb məhv edilib.
Nərimanlı kəndinin şimalındakı Balatəpə dağında 1960-cı illərdə, həmin ərazilərdə əkin şumu aparılan zaman, e.ə. II-I yüzilliyə aid alban mədəniyyətini əks etdirən yazılı, xaç nişanlı bazalt lövhələr tapılıb.
Dağın günçıxanında axan Bağda çayının sahilində (10-20 m aralı, qədim yurd yerlərinə bitişik yerdə) qazıntı işləri aparan-da isə “camış yatağı” boyda yerin 1,5 m dərinliyində daş parçası üzə çıxıb, altında insan sümükləri (bazu sümüyü 2 m idi), ağappaq dişləri üstündə olan alt-üst çənələr salamat halda olan böyük baş və 3 saxsı küp (30 cm-lik) tapılmışdı. Oradan 100 m kənarda “Cərgə daşı” deyilən sırada 20 ədəd daş parçaları (hündürlüyü 50-70 sm) torpağa batmış halda idi. Həmin ərazi camaat tərəfindən toxunulmaz, xüsusi qorunan (tarixi) yer kimi mühafizə edilirdi.
Kəndin günçıxanına simsar bu yer Həsən Əzim oğlu Qaraşovun (1958-2018), Ələmdar Ələsgər oğlu Abbasovun (1936-1986) evlərinə yaxın idi[i] .
İrəvan şəhərindən abidəni tədqiq üçün həmin yerə gələn “erməni” mütəxəssisləri də yazının onlara aid olmadığını bildirib. Abidənin və yazıların alban-türk mədəni irsini təmsil etdiyini göstərir.
[i] http://www.anl.az/down/meqale/olaylar/2021/mart/737226.htm