Balıqlı kənd məscidi

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Qars vila­yə­ti­nin Qars qə­za­sın­da, in­di Am­­a­­si­ya ra­­yo­­­nundakı Ba­lıq­l­­ı kən­dində.

Yerləşmə /
Hazırkı toponim:

Balıqlı kəndi 19.04.1991-ci il­­­dən Zora­k­e­r­t ad­lan­dı­rı­lıb

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Məscidin üst dam his­sə­si ta­ma­­mi­lə, qabaq sol his­sə­si­­nin bir tərə­fi uçuq və­­ziy­yətdə gö­rü­­nür. Məs­cid is­­lam abidəsi ol­­du­ğu üçün er­mə­­nilər tərə­fin­dən təmir edil­mə­­yib, da­­ğıl­maq ü­z­rə tərk edilib [i].

 

[i] https://www.facebook.com/IrevandaTurkler/photos/a.105289376213868/136625771011

Məlumat:

Amasiya rayonunun Balıqlı kəndinin məs­cidi digər məscidlərdən fərgli arxi­tek­turaya malikdir. Məscidin divar­la­rı­nın tikintisində dördküc kəsilmiş ağ, boz, göy və qırmızı daşlardan istifadə edi­lib. Uzunlğu 8 metr, eni 4 metrdir (təx­mini). Bu da məscidin içə­ridən və ba­­yır­dan görünüşünə ayrı bir gö­zəllik qatır[i]. 

 

Ev me­marlığı üslubunda və müasir qaydada tikilib. Arxa sağ və sol tə­rəfdə yuxarı hissədə oval iki pən­cə­rə­si var­­dır. Qabaq tərəfdə isə bir pəncərə və geniş giriş qapısı qoyulub. İçəri və ba­yırdakı pəncərənin altında tünd sarı mər­mər daşlar qoyulub. Kənd XVIII yü­ziliyin sonu, XIX yüzilliyin  əvvəl­lə­r­ində salınıb. Qafqazın 5 verst­lik xəri­təsində qeyd edilib [ii]. Kənd­də 1886-cı ildə 205, 1897-ci ildə 326, 1908-ci ildə 372 nəfər, 1914-cü ildə 474 nəfər azər­bay­canlı yaşayıb.

 1918-ci ildə azər­bay­ca­n­lılar ermənilər tərə­fin­dən qo­vulub və bir hissəsi qətlə yetirilib. Kən­d­in əha­­li­si Türkiyəyə pənah aparıb. 1920-ci il noyabrın 29-da indiki Ermə­nis­tan­da so­vet hakimiyyəti qurulub və sa­bit­lik ya­ra­nıb. Kəndin sakinləri ata-baba tor­paqlarına qay­­ıdıb. Burada 1922-ci ildə 107, 1926-cı ildə 178, 1931-ci ildə 205 azərbaycanlı ya­şa­yıb [iii].

 

Toponim qə­dim türk di­lin­də “sığ­ı­­nacaq, şə­­hər, qa­la” mə­nası bil­di­r­ən ba­lıq sözünə -lı sözdüzəldici şə­­­kil­çisinin ar­tı­rıl­ması yo­lu ilə əmə­lə gəl­ib. Qu­­ru­luş­ca dü­zəlt­­mə to­po­nim­di.

 

[i] https://az.wikipedia.org/wiki/Bal%C4%B1ql%C4%B1_m%C9%99scidi#/media/Fayl:Bal%C4%B1ql%C4%B1_m%C9%99scidi_1.jpg

[ii] Пагирев, Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края / Д.Д.Пагирев. – Тифлис: Типография К.П.Казловского, 1913. – S. 30.

[iii] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 18-19, 102-103; ttps://az.wikipedia.org/wiki/Balıqlı_(Amasiya).

[iv] Kaşğari, M. Divani-lügat-it türk / Mahmud Kaşğari. – Cilt I-III. – Ankara, 1992. – S. 379.

[v] Древнетюркский словарь. – Л.: Наука, 1969. – S. 80.

Fotolar:
Videolar: