Əsas şəkil

Başsız kəndində mağaralar

Tarixi
E.ə.III minillik
Yerləşmə
Əvvəlki toponim

İrəvan quberni­ya­sının Üçkilsə qəzasındakı Başsız [i]kən­dində 
 


[i] Başsız (Eçmiədzin) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq–Qərb. 2007. səh. 35. ISBN 978–9952–34–155–3.

Yerləşmə
Hazırkı toponim

Üçkilsə rayonu–Eçmiədzin

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Kəndin kəna­rındakı dağla­rın altındakı ma­­ğa­ralar hal–hazırkı dövrdə də qal­maq­dadır və er­mə­ni abi­dəsi kimi təq­dim olunur.

Məlumat

Dağın atında yerləşən mağaralar əha­linin müharibələr və erməni hücum­larından qorunmaq üçün istifadə olunub. Təbii yaranan mağara ətrafda yaşayan əhali tərəfindən genişlən­dirilib, yüzlərlə insa­nın sığınma məka­nına çev­rilib.[i]  1728-ci ilə aid mənbə­də İrəvan əyaləti­nin Karbi nahiyəsində kənd adı kimi qeyd olunur. Əsli Baş Sisdir. 1590-cı ilə aid mənbədə Baş­sız, 1727-ci ilə aid mənbədə isə kəndin adı Baş Sis kimidir. Sis–Kiçik Asiya­nın cənubunda Kiligiya əyalətində şəhər və mahal adıdır. Sis və Masis orta əsr­lərdə Türkiyə­nin cənu­bun­da Qa­ra­man əya­­lətində iki qalanın adı olmuşdur. Mənbələrdə ilk dəfə XVI əsr­dən məlum­dur. Kənd Sisdən gəlmiş türk­lərin məs­kun­laşması nəticəsində yaran­mışdır.[ii] Daha sonra kənddə ancaq azərbay­­can­lılar yaşayıb.

XVII əsrə aid erməni mənbə­si­nə görə Sis həm də Kozan adlanmışdır.    Azərbaycanda   XIX əsrdə Qa­ra­bağ­da yaşa­mış Quzanlı tay­­­­fa­sının adı da məhz Kozan mahalının adı ilə bağlıdır (bu elin adı Ağdam r-nunda Qu­zan­lı kəndinin adında əksini tapmış­dır). Bax: Qu­laq­sız.
 


[i] https://www.facebook.com/photo/?fbid=310885992320871&set=a.104868492922623

[ii] Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990.