- Tarixi
- XX əsr
- YerləşməƏvvəlki toponim
Zəngəzur mahalının Meğri rayonundakı Aldərə kəndində
- YerləşməHazırkı toponim
Meğri rayonunun Aldərə kəndi– 1930-cu ildən Alidzor
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Bayram türbəsi Azərbaycan xalqına məxsus dini-irfani, abidə kimi maddi-mədəni irsin dəyərli elementlərindən hesab olunur. Azərbaycanlıların 1987–1991-ci illərdə baş verən sonuncu deportasiya-sından sonra Bayram türbəsi ermənilər tərəfindən dağıdılıb.
- Məlumat
Bayram türbəsi Meğri rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sahilindəki Aldərə kəndində yerləşib. Türbə Bayram Quliyevin məzarının olduğu yerdir. Kənd sakinləri bu türbəni ziyarət edirdi.
Kəndin yeganə küçəsi onun adını daşıyıb. Türbə qəbiristanlığın ən yüksək yerində tikilib. Məzar daşınının kənarlarında 3–4 metr dəmir dirəklər üzərinə dəyirmi dəmirdən günbəz yerləşdirilib. Türbə metal konstruksiya ilə hazırlanıb. Qafqazın 5 verstlik xəritəsində Əlidərə formasında[i] qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 131, 1873-cü ildə 911, 1886-cı ildə 1077, 1897-ci ildə 1094, 1904-cü ildə 1505, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-ci ildə erməni təcavüzünə məruz qalan əhali deportasiya olunmuş, indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra 1922–1924-cü illərdə tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1926-cı ildə 414, 1931-ci ildə 490, 1959-cu ildə 601, 1970-ci ildə 831, 1979-cu ildə 784 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabrın 24–28-də kəndin sakinləri–azərbaycanlılar yеnidən qovulmuşdur[ii],[iii] . İndi orada ermənilər yaşayır.
Toponim qədim Azərbaycan dilində “qırmızı” mənasını bildirən “al” sözü ilə “dərin çuxur” mənasında ifadə edilən “dərə” sözünün birləşməsindən formalaşmışdır və “qırmızı dərə” mənasını ifadə edir. Kəndin ərazisinin torpağı qırmızı süxurlardan ibarət olduğu üçün kənd Aldərə adlandırılmış-dır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir[i],[ii].
[i] Армянская ССР. Административно-территориальное деление. Ереван, 1976.
[ii] Бартольд В.В. Сочинения. том. V.
[i] Пагиревь Д.Д. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.12
[ii] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995
[iii] Ahmet Zeki Velidi Togan. Umumtürk tarihine giriş. G.I.Istanbul, 1981
