- Tarixi
- E. ə. II-I minillik
- YerləşməƏvvəlki toponim
Zəngəzur dağlıq silsiləsindən cənub–şərqə doğru, Mığrı Güney dağlıq silsiləsi və Mığrıya yaxın Bazarçay çayı vadisində
- YerləşməHazırkı toponim
Mığrı rayonu–Meqri
- Təsnifatı
Arxeoloji abidə
- Mövcud vəziyyəti
Mağaraların bir çoxu ərazinin mədən–filiz yatağı kimi istismarı nəticəsində ermənilər tərəfindən dağıdılıb. Qalanlarına isə erməni elementləri əlavə olunub, erməni abidəsi kimi təqdim edilir.
- Məlumat
Zəngəzur dağlıq silsiləsindən cənub–şərqə doğru Dəbəyli aşırımından başlayan Mehri Güney dağlıq silsiləsi, hissələrini tutan Bərgüşad dağları, Vedi dağlarından Araz çayınadək paylanan “Ağ oyuq” maili düzənliyi, Qarabağ dağlıq yaylasının qərb hissəsini tutan Bazarçay çayı, vadisində 12-14 min illik tarixə malik qədim insan yaşayış məskənlərini–mağaraları özündə birləşdirən bu tarixi bölgə e.ə. II-I minilliklərdə əski türkoğuz tayfalarının ulu məskənləri olduğunu göstərir. Çay vadisi boyunca silsilə qaydada düzülmüş mağaralar qədim mədəniyyətin formalaşdığı yeraltı yaşayış məskəni nümunəsidir.
Bölgənin ibtidai dövrdən başlayan təbii, tarixi, dini–sakral, mədəni–irfani zənginliyi qədim türk dillərinin şifahi və yazılı məxəzlərində, yer–yurd adlarında, irq–irs vahidlərində, ictimai–təsərrüfat sahələrində ifadə olunur. Mağara kimi qədim yaşayış məskənləri azərbaycanlıların bölgədə qədim dövrlərdən yaşadığını əks etdirir.[i] Bu abidələr elmi–mədəni irsin qədim nümunəsidir.
Bazarçay çayı vadisindəki mağara qədim türkoğuz tayfalarının ulu məskənləri olmaqla yanaşı, minilliklərlə yazılmış tarixi–coğrafi səhifələrinin tarixi və elmi məzmununu təşkil edir. Müəyyən dövrlərdəki erməni–azərbaycanlı münaqişələrində azərbaycanlılar üçün müdafiə və sığınacaq rolu oynayıb.
[i] Bakı Xəbər. – 2020. – 4 dekabr. – № 212. – S. 13.
