Əsas şəkil

Bazarçay qalası

Tarixi
1104-cü il
Yerləşmə
Əvvəlki toponim

Zəngəzur ma­ha­lının Qara­kilsə (Sisian) rayonunun Urud kəndi yaxınlığında, Bazarçayın  sahilində 

Yerləşmə
Hazırkı toponim

Qarakilsə rayonunun Urud kəndi– 03. 07.1968-ci ildən Vo­ro­tan

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Hazırkı dövrdə qalanın şərq his­səsində ya­rım­dairəvi gö­zət­çi qülləsi­nin, bazalt daş­larından tikil­miş düzbucaqlı və ya dairəvi evlərin divar­la­rı qorunub sax­la­nılıb. Qala­dan Bazarçaya enən tunelin qa­lıqları da hə­lə­lik öz möv­cud­luğunu qo­ruyub sax­la­yır[i]. Erməni­lər tərəfindən mənimsənilib “erməni abi­də­si” kimi təq­dim olunur.


 


[i] https://fact-info.az/18622-qerbi-zengezur-abideleri-bazarcay-qalasi.html

Məlumat

Bazarçay qalası Bazarçayın sa­hi­lində yüksək ərazidə yerləşir. Bə­zi mənbələrdə 1104-cü ildə Ba­zar­çay qalasının Səlcuq türkləri tə­rə­fin­dən inşa olunduğu iddia olu­nur.

1211-ci ildə Bazarçay qalası  mon­qollar tərəfindən işğal edil­miş­dir. 1386-cı ildə Teymurləng Zən­gəzura hücum edərək Bazar­çay qalasını monqollardan alaraq uzun müddət öz nəzarətində sax­ladı. Qalanı 1407-ci ildə Qaraqo­yun­lu hökmdarı Qara Yusif, Zən­gə­zur vilayəti də daxil olmaqla öz ərazilə­rinə birləşdirdi.

Bazarçay qalası 11,5 hektar ərazini əhatə edir və şimal-qərb-cənub-şərq istiqamətlərində uza­na­raq at yəhərinə bənzəyir, üç tə­rəf­dən Bazarçayın dərin dərə­lə­rin­dən yuxarı qalxır və qala divarları yonulmamış bazalt daşları ilə hö­rülmüş divarla əhatələnir. Qala di­varları ikiqat tikilib, ön və daxili divardan ibarətdir. Qalanın cə­nub-şərq hissəsi, təxminən 50 metr hündürlükdə, həmçinin üç tə­rəfdən təbii qayalarla əhatə olu­nub.

Qalanın şimal-qərb hissəsində iri yarım işlənmiş əhəngdaşı və ba­zalt daşlarından qoşa divar ti­kilib, divarın cənub-qərbində qala divarları tağvari darvazalarla bir­ləşir. Qalada diqqətçəkən məqamlar­dan biri içərisi əhəng məhlulu ilə suvanmış yaxşı vəziyyətdə olan su hovuzudur[i].

Bazarçay qa­lası Zəngəzu­run digər qala­ları kimi orta əsrlər müdafiə tikililəri sıra­sın­da mühüm yer tutur. Türk tayfaları tərə­fin­dən inşa olu­nan qala və ətrafında yer­lə­şən azərbay­canlılara aid qədim yaşayış məskənləri ərazinin türk-oğuz yurdu ol­duğunu göstə­rir. 
 


[i] https://fact-info.az/18622-qerbi-zengezur-abideleri-bazarcay-qalasi.html