- Tarixi
- 1213-cü il
- YerləşməƏvvəlki toponim
Kərbibasar mahalının Abaran rayonunun Bazarcıq kəndində
- YerləşməHazırkı toponim
Abaran rayonu 03.01.1935-ci ildən–Aparan, Bazarcıq kəndi 15.06.1946-cı dən Arayi (Arik) adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Karvansara erməni millətçiləri tərəfindən dağıdılıb. Karvansaranın yalnız kiçik bir divarı qorunub saxlanılıb ki, bu da abidə haqqında tam təsəvvür əldə etməyə imkan vermir[i].
[i] http://monuments.az/2024/01/29/erm%c9%99nil%c9%99r-araqatson-%c9%99yal%c9%99tinin-karvansaralarini-kutl%c9%99vi-s%c9%99kild%c9%99-m%c9%99hv-edibl%c9%99r/
- Məlumat
Qədim karvansara Kərbibasar mahalının Abaran rayonunun Bazarcıq kəndindən 1 km cənubda yerləşir.
Karvansara 1213-cü ildə tikilib. Bazarcıq kəndi yaxınlığındakı karvansara digər Qərbi Azərbaycan karvansaralarına oxşar memarlıq kompozisiyasına malik idi. Digərlərindın yalnız ölçü və üslub xüsusiyyətlərinə, yəni böyük və ya kiçik olmalarına görə fərqlənirdi[i]. Karvansara ağ və boz rəngli böyük çay və qaya daşlarından ağ suvaq məhlulu istifadə edilərək tikilib.
“İrəvan əyalətinin icmal dəftəri”ndə[ii], Qafqazın 5 verstlik xəritəsində[iii] qeyd edilmişdir. 1590-cı ildən məlumdur[iv]. Ermənilər buraya 1829–1830-cu illərdə Türkiyənin Muş, Alaşkert və digər vilayətlərindən köçürülmüşdür[v], 1878-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə, kəndin əhalisi ermənilər idi. 1946-cı ildə kənd “Arik” adlandırılmışdır.
Toponim kiçiltmə mənası bildirən “-cıq” şəkilçisinin “bazar” (basar) türk etnoniminə[i]qoşulması yolu ilə formalaşmışdır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Gətirilmə addır. Qars əyalətinin Kağızman dairəsindəki Bazarcık kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[ii]
[i] Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.61
[ii] Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Базарҹыг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
[i] http://monuments.az/2024/01/29/erm%c9%99nil%c9%99r-araqatson-%c9%99yal%c9%99tinin-karvansaralarini-kutl%c9%99vi-s%c9%99kild%c9%99-m%c9%99hv-edibl%c9%99r/
[ii] İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.113
[iii] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.28
[iv] İravan eyaletinin mufessel defteri. İstanbul. Basbakanlik Arsivi, № 633. .
[v] Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.389
