- Tarixi
- XX yüzil
- YerləşməƏvvəlki toponim
Zəngəzur mahalı Qarakilsə rayonunun Ağudi kəndində
- YerləşməHazırkı toponim
Qafan rayonu–02.03.1940-cı ildən–Sisian, Ağudi kəndi–19.04.1991-ci ildən–Aqitu adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Bədəlxan bəyin Ağyazı qəbiristanlığında yerləşən qəbirüstü abidəsi–günbəzi dağıdılıb.
- Məlumat
Ağyazı qəbiristanlığının orta hissəsində yerləşən günbəz İsmayıl uşağı tayfasının kötüyündən olan Bədəlxan bəyə mənsub olub. İsmayıl uşağı tayfa nümayəndəsi İsmayıl bəy və Bədəlxan bəy dövrünün adlı–sanlı bəylərindən olub. Qoyun–quzu sürüləri Salvartı dağının ətəklərinə sığmazmış.[i]
Ağudidə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşayıb.[ii] 1918-ci ildə azərbaycanlı əhali erməni soyqırımına məruz qalaraq kənddən qovulub. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz kəndlərinə qayıdıb. Ağudidə 1922-ci ildə 298 nəfər, 1926-cı ildə 319 nəfər, 1931-ci ildə 496 nəfər,[iii] 1959-cu ildə 828 nəfər, 1970-ci ildə 1222 nəfər[iv] azərbaycanlı yaşayıb.
Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə “uti//udi” türk dilli tayfanın adı əsasında formalaşmışdır.[i] Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
[i] Qeybullayev Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair), Bakı, “Elm”, 1990. s.119
[i] Vaqif Bayramov. SİSYAN– qovğalarda qovrulan torpaq. Bakı 2014. S.44–46
[ii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.76–77, 146–147
[iii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.77, 147
[iv] Hakopyan T.X., Məlik Baxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, “İrəvan Universiteti”, 1986. s.200
