- Tarixi
- E.ə I minillik
- YerləşməƏvvəlki toponim
Göyçə mahalı Kəvər (Yeni Bayazet rayonunun cənub–şərqindəki Bədkal (Bəndqala) kəndində
- YerləşməHazırkı toponim
Kəvər rayonu–13.04.1959-cu ildən–Kamo
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Oğuz memarlığının nümunəsi olan Bəndqalanın qalıqları yerləşdiyi ərazidə qalmaqdadır. Ermənilər tərəfindən mənimsənilib “Badik qalası” kimi təqdim olunur.
- Məlumat
Qala və kənd Kəvər kəndindən (indiki Kamo şəhəri) 10 kilometr cənub–şərqdə, gölə yarımada şəklində daxil olmuş təpəliyin üstündə yerləşir. Bəndqala eramızdan əvvəl Göyçədə mövcud olmuş Ördəkli–Əyrivəng–Qışlaq–Qul Əli – Kəvər–Başkənd istehkamına daxil olan digər qalalardan xeyli sonra inşa edilsə də, strateji baxımdan onların hamısından əhəmiyyətli idi və görünür bu səbəbdən də onun memarlıq həlli mükəmməlliyi ilə seçilir. Bəli, Bəndqalanın ilkinliyində sırf müdafiə səciyyəsi daşıdığı faktdır. Eramızın əvvəllərində isə o artıq dövrünün tipik şəhərlərindən birinə çevrilmişdir. 1555-ci ilə dair yazışmalarda Səfəvi Azərbaycan dövlətinin Çuxur–Səd bəylərbəyliyinin inzibati vahidləri sırasında adı çəkilən yaşayış məntəqələrindən biri də məhz Bəndqaladır. XVII əsrə dair mənbələrdə qalanın adı “Bədkəl” şəklində verilir. 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”nin 12-ci səhifəsində də kənd “Bədkal” kimi təqdim olunub və onun illik vergisinin 7864 ağça həcmində müəyyənləşdirilməsi barədə müvafiq qeydlər aparılıb. 1826-1829-cu illərdə baş vermiş Rusiya–İran, Türkiyə–Rusiya müharibələri zamanı Göyçədə dağıdılmış və yeni yaradılmış erməni vilayətinin tərkibinə verilərkən yaşayış üçün yararlı sayılan kəndlərin İ. Şopen tərəfindən tərtib olunmuş siyahılarında isə Kosaməmməd adı olsa da, “Bəndqala”, “Bədkəl”, “Badkal” adlı qala və kənd adına rast gəlinmir.[i]
Akademik B.Piotrovskinin apardığı qazıntılar zamanı qala və kənd ərazisindən türk tayfalarına aid olan maddi dəlillər kənd və qalanın türk yurdu olduğunu təsdiqləyir. Bəndqalamn mövcudluğunu maddi tapıntılarla yanaşı yazılı rəsmi mənbələr də onun qədim tarixini təsdiqləyir.
[i] Vilayətoğlu, S. “Oğuz Elinin müqəddəs ocağı Göyçə”/Salman Vilayətoğlu.Bakı, 2006–S.184–185.
