- Tarixi
- 1966-cı il
- YerləşməƏvvəlki toponim
Göyçə mahalı Basarkeçər rayonunun Sarıyaqub kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu 11.06.1969-cu ildən–Vardenis, Sarıyaqub kəndi isə 19.04.1991-ci ildən Çaxkadzor adlandırılıb .
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1988-ci ildə azərbaycanlı əhalinin zorla köçürülməsindən sonra türbə ermənilər tərəfindən dağıdılıb , yerləşdiyi qədim qəbiristanlıq ərazisində xarabalıqları qalıb.
- Məlumat
Bərxudar Əhməd oğlu türbəsiSarıyaqub kəndindən bir az aralıda bala və böyük Qaraqoyunluya və Kəlbəcərə gedən yolun sol tərəfində, təpənin döş tərəfindəkı qəbiristanlıqda yerləşirdi. Bərxudar Əhmədoğlu türbəsi kənd ağsaqqalları və Şadmanlı (müasir dövürdə Bərxudarlı tayfası da deyirdilər) tayfasının təşəbbüsü ilə Yaqublu və digər ətraf kəndlərdə böyük hörmətə sahib Miskin Abdal nəslindən olan seyid Bərxudar Əhməd oğluna tikilib. Türbə Məhəmməd adlı usta tərəfindən inşa edilib, türbənin içərisində məzar yeri qoyulub. O məzarlardan birində tayfa böyüklərinin məsləhəti ilə 1970-ci ildə vəfat edən Bərxudar Əhməd oğlunun oğlu Abbasəli Əhmədli dəfn olunub.
Türbənin eni 3,50 m, uzunluğu 4,50 m, hündürlüyü 2,3 m civarında, türbə damının hündürlüyü isə 1,5–1,6 m civarında olub. Türbə bölgənin məşhur Subatan daşından tikilib.[i]
Kənd Səfəvilər dövlətinin qurucusu və hökmdarı Şah İsmayıl Xətainin (1487-1524) 1515-ci il tarixli fərmanı ilə Səfəvilərin böyük övliyası, sufi şeyxi Seyid Hüseyn Məhəmməd oğluna – Miskin Abdala (1430-1535) nəsilbənəsil pay kimi verilmişdir.[i] Həmin fərmanın əsli hazırda da "Miskin Abdal ocağı"nda saxlanılır. Azərbaycan tarixinin ən şanlı dövrünün başlanğıcını qoyan Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətai bu kəndə gəlib ustadı, böyük övliya Miskin Abdal ilə görüşmüşdür. Səfəvi hökmdarı Sultan Hüseyn də (17-18-ci əsrlər) bu kəndə gəlib "Miskin Abdal Ocağı"nı ziyarət etmiş, orada xütbə oxutdurmuşdur. Bunu təsdiq edən sənədlər "Miskin Abdal Ocağı"nda deportasiya dövrünə qədər saxlanılırdı.[ii]
[i] Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 221
[ii] https://az.wikipedia.org/wiki/Sar%C4%B1yaqub
[i] Arifə Əhmədli, Bərxudar Əhməd oğlunun nəvəsi, Abbasəli Əhmədlinin qızı. Gəncə Dövlət Universitetinin dosenti, siaysi elmlər üzrə fəlsəfə doktorunun 30–31.10.2022–ci ildə verdiyi məlumat əsasında
