Əsas şəkil

Bəzirgan Piri

Tarixi
XVIII-XIX yüzil
Yerləşmə
Əvvəlki toponim

Ağbaba maha­lı Amasiya ra­yo­n­unun Təzə İbiş (Ayçın­qı­lı) kən­di ya­xın­lı­ğın­da

Yerləşmə
Hazırkı toponim

Təzə İbiş kən­dinin adı 19.04.1991-ci ildə də­­­yiş­­d­i­ri­lə­rək Dayrik ad­landırılıb.

Təsnifatı

Memar­lıq

Mövcud vəziyyəti

Azərbaycan əha­­­li­­si­nin sak­ral ir­fan ocaq­­­la­rın­dan o­lan Bə­zir­gan  p­i­­ri kənd və böl­gə əha­li­si­nin ən çox zi­yarət et­­di­yi ocaq­­­lar­dan id­i­. A­zər­­bay­can­­­­­lı­lar­ın 1989-ci ilin yan­­var ayın­­da ta­rixi–etnik tor­­paq­la­­rından de­por­ta­si­ya­sın­dan son­ra zi­­ya­rəti müm­­­­­kün ol­ma­yıb.

Məlumat

El adətinə görə Karvan yolunun Qımı təpəsinin yanından keçib Bəzirgan zi­ya­rətinə çatanda dərhal karvanın sar­banı karvanı dayandırar, adamlar dəvə­lərin, atların, qatırların yüklərini alar, hey­vanları suvarar, onların da dincəl­mə­yinə imkan yaradardılar. Bu vaxt atların kişnərtisi, qatırların anqırtısı, adamların hay–küyü bir–birinə qarı­şardı. El adətinə görə, Bəzirgan ziyarəti sınaqlı ziyarət sayılırdı. Onun yaxın­lığında bir–birindən xeyli aralı Dəvə və Tağı bulaqları çağ­layırdı. Ziyarətdə hərə bir niyyət eləyib gətirdiyi qurbanı kəsər, oraya nəzir qoyar, yoldan gəlib–keçəni də qurban ətinə qonaq edərdilər. Adətə görə, burda gecə yatır, səhər açılan kimi yollarına davam edərdilər. Görülən yuxu niyyətin çin, yaxud çin olmadığını müəyyən­ləşdirirdi[i].

Kənd rayon mər­­­­kəzindən 14 km şimal–qərbdə, Türki­yə sərhədində yer­lə­şir. Qafqa­zın 3 verstlik xəri­təsində[i] qeyd edil­miş­dir. Kən­din sakinləri yal­nız azərbay­can­lılar olmuş­dur. Er­məni mən­bə­lərində kənddə qara­pa­paqların yaşadığı gös­tə­rilir[ii]. Qa­ra­pa­paqlar azərbay­canlı­ların etno­qrafik qrupla­rın­dan biridir. To­ponim şəxs adı əsasında əmə­lə gəlmiş antro­potopo­nimdir. Quru­luş­­ca sadə to­po­­nimdir.
 


[i]  Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.100

[ii] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, “Melkonyan fond”, 1932, s.20–21, 104–105 (erm.)


 


[i] https://www.facebook.com/photo/?fbid=5221706297905458&set=a.101561346586671