Böyük məscid

Tarixi:
Hicri tarixi ilə 981-ci il
Yerləşmə /
Əvvəlki toponim:

Zən­gibasar ma­ha­­lın­da, rayo­n mər­­kəzi Ulu­­­­xan­lı qəsə­bə­­sin­dən 8 km şimal qərb­­­də, İrəvan şə­hə­ri­­nin 6 km-də Zən­­gi ça­yı­nın sağ kəna­rın­da Ha­ça­pa­raq (Zəh­­mət) kən­din­­­də yerləşir.

Yerləşmə /
Hazırkı toponim:

03.01.1935-ci il­d­ə k­ən­din adı də­y­i­ş­­­d­i­ri­lə­rək ­Z­ə­h­­­m­ə­t, 19.04.1991-ci il­dən isə X­a­ç­­­­par ad­lan­dı­rı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Böyük Vətən mü­­­h­a­ri­bəsi baş­la­yandan bir ay sonra məscdin fəa­­liyyətinə ica­zə ve­ri­­lib. 1988-ci il de­po­r­ta­si­ya­sına qədər  açıq olan məscid  son­ra da­ğıdılıb, ya­­rar­sız v­ə­ziy­yə­tə gətiri­lib

Məlumat:

Böyük məscidin eyvanının divarları Quran su­rələri ilə bəzədilmiş, minbərin baş tərə­fin­dəki kitabənin içində hicri tarixi ilə 981 ya­zılmışdı. 

Sovet hakimiyyətinin ilk il­lə­rin­də məscidin fəaliyyəti dayandırılıb. Bö­yük Vətən müharibəsi başlayandan bir ay sonra isə məscidin açıl­ma­sına yenidən i­c­a­zə ­verilib. Kəndin qədimliyini gös­tə­rən fakt­lardan biri qəbiristanlıqdakı baş və sinə daş­­la­rı, qəbirlərin üstündəki qoç, at və öküz hey­kəlləri idi. 

At, qoç və öküz hey­kəl­lə­ri­nin döşünə dəfn olu­na­nın özü­nün, atasının və tayfasının adı, öldüyü il qeyd olunub [i]. Haçaparaq (Z­ə­h­mət) kən­­di q­ə­dim Oğuz yurdu olub və orada an­­­caq azər­bay­can­lılar yaşayıb

 

[i] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. –  Bakı, 2008. – S. 57-58.

Fotolar:
Videolar: