Böyük Məzrə alban abidəsi
Göyçə mahalı Basarkeçər rayonu Böyük Məzrə kəndində.
Basarkeçər rayonu – Vardenis, Böyük Məzrə kəndi -19.04.1991-ci ildən Mets Masrik adlandırılıb.
Memarlıq
Kəndin qədim qəbiristanlığında yerləşən alban dövrünə aid üstündə böyük xaç işarəsi olan qəbirüstü xaç daşı erməni abidəsi kimi təqdim olunur.
Böyük Məzrə kəndində albanlara məxsus tarixi abidə mövcuddur. Üstündə alban xaçı olan abidənin üzərinə 881-ci il yazısı həkk olunub. Xaç daşı içi oyulmuş daşın içərisinə yerləşdirilib. Xaçın içərisinin alt və üst hissəsinə naxışlar qoyulub. Ustalıqla hazırlanan abidə günümüzdə də olduğu kimi öz əzəmətini qorumaqdadır. Böyük Məzrə kəndinin yaranma tarixi XIV yüzilin axırları (1387-1388), XV yüzilin əvvəlinə (1410) təsadüf edir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 3 dəfə dəyişdirilib. Kəndin ilk adı XVII yüzilin ortalarına (1650) qədər Quluağalı, ikinci adı 1956-cı ilə qədər Böyük Məzrə, üçüncü adı isə 1988-ci ilin dekabrına qədər erməni dilində də həmin mənanı bildirən Mets Mazra olmuşdur. 1988-ci ildə kəndin 500 evi, 2500-3000 nəfərdən çox əhalisi olub [i] .
Toponim Azərbaycan dilində “böyük” sözü ilə ərəb dilində “əkilmiş yer, sürülüb toxum səpilmiş tarla” mənasında işlənən “məzrə” sözünün birləşməsi əsasında meydana gəlib. Toponim, alban xaç daşı abidəsi və oğuz qəbiristanlığı kəndin azərbaycanlı yurdu olduğunu göstərir [ii].
[i] https://az.wikipedia.org/wiki/B%C3%B6y%C3%BCk_M%C9%99zr%C9%99
[ii] Bayramov, İ. Həqiqətin onomastikası: indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması / İbrahim Bayramov, Nazim Mustafa; ideya müəl. K.Abdulla; red hey.: R.Həsənov [və b.]; layih. məsul A.Qurbanov; [buraxıl. məsul R.Kazımov; [Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərb. Resp. Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Azərb. Resp. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərb. Dillər Un-ti]. – Bakı, 2021. – S. 74.