- Tarixi
- XII-XIII yüzil
- YerləşməƏvvəlki toponim
Göyçə mahalı Basarkeçər rayonu Böyük Məzrə kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu – Vardenis, Böyük Məzrə kəndi – 19.04. 1991-ci ildən Mets Masrik adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Böyük Məzrə kəndində yerləşən köhnə qəbiristanlıq deyilən ərazidəki oğuz qəbirləri və qəbirüstü daşlar ermənilər tərəfindən dağıdılıb, məhv edilib
- Məlumat
Kənddəki köhnə qəbiristanlıqda qədim dövrə aid çoxlu sayda oğuz qəbirləri mövcud olub[i]. Bu qəbir daşlarının əksəriyyəti 2 -3 metr hündürlüyündə və 1 və 5 metr dərinliyə basdırılmış vəziyyətdə, dərin və enli olması ilə diqqət çəkir. Bu kəndin və Basarkeşər rayonunun kəndlərinin təbii-coğrafi şəraitinin və tarixi keçmişinin Azərbaycan dövlətçiliyi tarixində siyasi-hərbi, ictimai-iqtisadi, maddi-mənəvi və mədəniyyət özəlliyi onunla ölçülür ki, bu bölgə minilliklər boyunca müxtəlif mənşəli yer adları (toponimlər) ilə yanaşı ictimai-siyasi hadisələrin mahiyyəti də daxil olmaqla sırf xristianlığa qədərki, alban və müsəlman-türk etno-genezisini, ruhunu özündə yaşadıb, qoruyub saxlayıb və inkişaf etdirib. Diqqət çəkən məqam odur ki, Basar-keçər nahiyəsinin yaşayış məntəqələrinin etno-genezisində (yaranma tarixində) həm də Şərqi Azərbaycanda (Borçalı mahalı, Qazax, Şəmkir, Gədəbəy, Daşkəsən, Kəlbəcər nahiyələri üzrə) yaşayan nəsil-soy şəcərəsinin təsiri də böyükolmuşdur [ii], [iii] .
Böyük Məzrə kəndindəki qəbirüstü abidələr qədim müsəlman-türk qövmünün tarixi yurd-yuva ocaqlarında xristianlığa qədərki alban mədəniyyətinin maddi-mədəni irsi Azərbaycanın digər bölgələrindəki maddi-mədəni abidələrlə bənzərlik təşkil edir. Bu birgə dəyərlər bölgənin azərbaycanlılara aid yurd yeri olduğunun sübutudur
[i] Bayramov, İ. Həqiqətin onomastikası: indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması / İbrahim Bayramov, Nazim Mustafa; ideya müəl. K.Abdulla; red hey.: R.Həsənov [və b.]; layih. məsul A.Qurbanov; [buraxıl. məsul R.Kazımov; [Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərb. Resp. Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Azərb. Resp. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərb. Dillər Un-ti]. – Bakı, 2021. – S. 74.
[ii] Olaylar. – 2021. – 5-11 mart. – S. 20.
[iii] http://www.anl.az/down/meqale/olaylar/2021/mart/737226.htm
Fotolar

