Əsas şəkil

Böyük Məzrə kəndində su dəyirmanları

Tarixi
XVIII-XIX yüzil
Yerləşmə
Əvvəlki toponim

Göyçə mahalı­nın Basarkeçər rayonundaBöyük Məzrə (Quluağalı –1650) kəndində 

Yerləşmə
Hazırkı toponim

Basarkeçər ra­yo­nu 2.06.1969-cu ildən – Var­denis, Böyük Məz­rə kəndi– 19.04.1991-ci ildən – Medz Masrik

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Böyük Məzrə kən­dindəki Də­yir­manlar 1945-1946-cı illərə qədər fəaliyyət gös­tərmişdir. 

Məlumat

Kəndin üç su ilə işləyən un dəyirmanı olmuşdur. Onlardan ikisi Axundlular tay­­fasının, biri isə Kərimlilər tayfasının dəyirmanıdır. Dəyirmanlar kənd və ətraf kənd əhalisinin un və heyvan yemi eh­tiyacının qarşılayırdı.  Dəyir­manlar 1945-1946-cı illərə qədər fəaliyyət gös­tərmişdir. Dəyirmanlar əhalinin un, hey­van yemi ehtiyacını qarşılaması ba­xımından əhəmiyyətli idi. Kəndin 1905-1907-ci illərdəki de­por­tasiya zamanı 100 evi, 200-250 nəfərə yaxın əhalisi, 1918-1920-ci illərdəki deportasiya zamanı isə tama­milə doğma yurdlarında çıxarılaraq, qaçqın düşmüşlər. Əhalinin çox hissəsi 1921-ci ilin yazında yenidən doğma yurdlarına qayıtmış, kəndin 150-200 evi, 950-1000 nəfərə yaxın əhalisi ol­muş­dur. 1948-1953-cü illərdəki depor­tasiya za­ma­nı kəndin 300-350 evi, 1500-2000 nə­fərə yaxın əhalisi olmuş­dur. 1988-1991-ci illərdəki deportasiya zamanı isə kəndin 500 evi, 2500-3000 nəfərdən çox əhalisi olmuşdur.[i] 1988-ci deportasiya­sından sonra apa­rılan siyahıya alınmada kənddə azər­bay­canlı qeyd edilməyib.[ii]

Kəndin ilk adı Quluağalı sö­zü­­nün mənası, kən­­din himini sa­lan Qulu ağa­nın adı ilə bağ­lıdır. Kəndin ikin­ci adı Bö­yük Məzrə sö­zü­nün mənası iki mənanı kəsb edir:

1.Bö­­yük Məz­­rə sö­zü ərəb dilin­də “Dü­­zənlik” ;

2.Fars dilində isə "Bolluq və Bərəkətlik" mə­­nasını bildi­rir. Kən­­din əra­zisi­nin əkin yer­­ləri böyük düzən­lik­lərdən ibarət ol­duğuna görə adı Böyük Məzrə ad­landı­rıl­­mış­dır. Də­yir­man­lar əha­linin un heyvan və yemi ehtiya­cını qar­şı­lama­sı baxı­mın­dan əhəmiyyətli idi.
 


[i] https://az.wikipedia.org/wiki/B%C3%B6y%C3%BCk_M%C9%99zr%C9%99

[ii] Հայաստանի 2011 թմարդահամարի արդյունքները (erm.). 2011–ci ildə Ermənistan siyahıyaalma nəticələri (erm.).