- Tarixi
- IX-X yüzil
- YerləşməƏvvəlki toponim
Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansara rayonundakı Yuxarı Ağdan kəndində
- YerləşməHazırkı toponim
Karvansara rayonu–9.09.1930-cu ildən–İcevan, Yuxarı Ağdan kəndi–25.05.1967-cı ildən Verin Ağdan
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Yuxarı Ağdan kəndi yaxınlığındakı Budur qalasının qalıqları hal–hazırkı dövrdə yerləşdiyi ərazidə qalmaqdadır. Ermənilər tərəfindən mənimsənilib, erməni abidəsi kimi təqdim edilir.
- Məlumat
Budur qalası Gəncə quberniyasının Qazax qəzasında, indi Karvansara rayonundakı Yuxarı Ağdan kəndinin şərq hissəsində yerləşir. Budur qalası böyük qaladır, bir neçə hektar sahəni əhatə edir. Siklop tipli ikiqat hörgülü divarlarla möhkəmlənmişdir. Budur dağının bütün zirvəsini əhatə edir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən və “kiçik, alçaq, çox da hündür olmayan” mənasında işlənən ağ[i] və “çöl, səhra, açıq yer” mənasında işlənən dan[ii] sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan quruluşca mürəkkəb toponimdir.[iii]
Yuxarı Ağdan kəndi əraziləri qədimdən türk tayfalarının ana yurdu olub. Ağır və qızğın müharibələrdən müdafiə məqsədi ilə tikilib.
