- Tarixi
- E.ə III-II yüzillər
- YerləşməƏvvəlki toponim
Göyçə gölünün şimal–qərbində, sahildən təxminən 8-10 kilometr cənubdakı dağ silsiləsinin başlanğıcındakı yamacdakı Buğatəpəsi (Buğdayitəpə) kəndində
- YerləşməHazırkı toponim
Göyçə gölü –Sevan
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1988-ci il deportasiyasına qədər qədim qalanın xərabəlikləri yerləşdiyi ərazidə qalırdı.
- Məlumat
1930-cu ildə erməni arxeoloqları məhz bu ərazidə Ağzıbirdən 3-4 km. cənub–qərbdə qədim bir qalanın bünövrə qalıqlarını aşkarlayıblar və onu eramızdan əvvəlki Ш-II əsrlərə aid ediblər. XVIII əsr müəllifi Simon İrəvanlı da Göyçə hövzəsindəki tarixi mədəniyyət abidələrinə dair qeydlərində Göyəm silsiləsindəki Acdağ yüksəkliyinə yaxın bir ərazidə yerləşmiş Buğdayitəpə qalasından söhbət açaraq bildirir ki, buradan baxanda Kəməndbulaq və “Delican” kəndləri ovuc içindəki kimi görünür. Deməli, Buğatəpəsi kəndinin izlərini də məhz burada, Göyçə gölünün şimal–qərbində, sahildən təxminən 8-10 kilometr cənubdakı dağ silsiləsinin başlanğıcındakı yamacda axtarmaq gərəkdir ki, həmin ərazi də məhz erməni arxeoloqlarının aşkarladığı qədim qalanın xərabəliklərinin koordinantları ilə uzlaşır.
Türkiyə Başbakanlıq Arxivində saxlanan “İrəvan əyalətinin icmal dəftəri”nin 12-ci səhifəsində aparılmış qeydlərdə bu kənd “Buğdayitəpə” kimi təqdim olunur və Göyçə nahiyəsinin inzibati bölgüsünə daxil olan bu kəndin sultan xəzinəsinə illik vergisinin 2.110 ağça həcmində müəyyənləşdirildiyi göstərilir. Bu sənəddəki toponimlərin ardıcıllığına və həmin siyahılarda adları yer almış mövcud yaşayış məntəqələrinin coğrafi koordinantlarına diqqət yetirəndə Buğatəpəsinin Kəməndbulaq (Ağzıbir) və Dəlican (əsl adı Dəli Becan olan bu kənd də sonradan yer üzündən silinib) kəndləri ilə həmsərhəd olduğu barədə qənaət hasil olur.[i]
Erməni mənbələrində Buğatəpə–Şirak dağ
belinin bir zirvəsinin adı kimi keçir.[i] Dağın adı orada keçmişdə buğa maralın olması ilə əlaqədardır. İ.Şopen 1826- 1829-cu illərdə baş vermiş Rusiya–İran, Türkiyə–Rusiya müharibələri zamanı yerlə–yeksan edilmiş 108 kənddən 67-sinin siyahısını tərtib edib və bu siyahının ilk sırasında Buğatəpəsi kəndinin adı yer alıb. 1831-ci ildə tərtib edilmiş siyahısında və ondan sonrakı dövrlərə aid sənədlərdə Buğatəpəsinin adına rast gəlinməməsi isə kənd əhalisinin kütləvi şəkildə soyqırım və deportasiyaya məruz qalması faktını gücləndirir.
[i] Aрмянская ССР. Административно–территориальное деление. Ереван, 1976.
[i] Vilayətoğlu, S. “Oğuz Elinin müqəddəs ocağı Göyçə”/Salman Vilayətoğlu.Bakı, 2006–S.198–199
