Əsas şəkil

Çamırlı kəndində mədrəsə

Tarixi
XV-XVI yüzil
Yerləşmə
Əvvəlki toponim

 İrəvan quber­niyasının Yeni Bəyazet qəza­sındakı  Basar­keçər rayonun­da yerləşən Çamurlu kəndində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər rayonu 2.06.1969-cu ildən–Vardenis

Təsnifatı

Memarlıq 

Mövcud vəziyyəti

24 yanvar 1919-cu ildə Göyçə ma­ha­lının Ça­mır­lı kəndinə bas­qın edən daş­nak terror­çuları kəndlə birlikdə qədim mədrə­sə­­ni də yan­dı­rıb.

Məlumat

Çamırlı tarixən Göyçənin ən qədim yaşayış məntəqələrindən və mədəni mərkəzlərindən biri olub. Burada hələ Şah İsmayıl Xətainin Ərzincan yürü­şündən əvvəl xüsusi mədrəsə fəaliyyət göstərib. Miskin Abdalın da sufi təlimi təlqin edən bu mədrəsənin–sufi dərviş­ləri ordeninin müridlərindən biri olduğu tarixi faktdır və bu reallıq Xətainin Göyçə səfəri barədə el yaddaşında əbə­diləşmiş məlumatlarda öz əksini tapıb.[i]

Çamır­lı Qızılvəng kəndinin yaxın­lığın­da, Alagöl çayının yanında yerlə­şir­di. Qaf­qazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[ii]    Kənddə    1873-cü     il­də 244 nə­fər, 1886-cı ildə 329 nə­fər, 1897-ci ildə 374 nəfər, 1908-ci ildə 491 nəfər, 1914-cü ildə 632 nəfər, 1916-cı ildə 541 nəfər azərbaycanlı yaşamış­dır.[iii] 1918-1919-cu illərin ya­zında azər­baycanlılar ermənilər tərə­findən soy­qırımı yolu ilə qovu­lub.[iv]1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar kəndlə­rinə qayıda bilib. Burada 1922-ci ildə 42 nəfər azər­bay­canlı yaşamışdır.[v] Kənd 1929-cu illər­­də ləğv edilmişdir.

Toponim təkə adlı türk tayfa­sının bir tirə­sini təşkil edən ço­mur//çomrı et­nonimi[i], [ii]  əsasında forma­laşmış­dır. “-lı” mən­subluq bil­dirən şəkilçidir. “Çamır/çamur tayfasına mən­sub yer” de­mək­dir. Etno­to­ponimdir. Qu­ru­luşca dü­zəltmə topo­nimdir.
 


[i] Атаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, Ылым, 1988. s.130

[ii] Necdet Sevinç. Gaziantep'te yer adları ve türk boylanaşiretleritürk oymakları. – Türk dünyası araştırmaları, 1983, № 26. s.88


 


[i] Vilayətoğlu, S. Oğuz Elinin müqəddəs ocağı Göyçə/Salman Vilayətoğlu.Bakı, 2006–S.210–211 

[ii]  Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография

[iii] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvanMelkonyan fond”, 1932. s.26–27, 112–113

[iv] Əlisahib Əroğul. “Ermənidaşnaq faşizmi və Azərbaycan” (bədii publisistika). Bakı, “Təhsil”, 2007–ci il.

[v] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, “Melkonyan fond”, 1932. s.112–113