- Tarixi
- XV-XVI yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyası Aleksandropol qəzası, sonradan Alagöz (Araqats) rayonundakı Camışlı kəndində.
- YerləşməHazırkı toponim
İrəvan – 1936-cı ildən etibarən Yerevan, Alagöz (Araqadz) rayonu təşkil edilənədək 15.03.1972-ci ilə kimi, Abaran rayonunun tərkibində olub.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Camışlı kəndində dağıdılan köhnə qəbiristanlıq adlanan ərazidəki təpədə türbə indi də qalıb. Yezid abidəsi kimi təqdim olunur.
- Məlumat
Rayondakı Böyük Camışlı və Kiçik Camışlı kəndlərinin birləşdirilməsi əsasında yaradılıb. Alagöz (Araqadz) rayonu təşkil edilənədək, yəni 15 mart 1972-ci ilə kimi Abaran rayonunun inzibati ərazi bölgüsünə daxil edilib [i].
Camışlı kəndindəki köhnə qəbiristanlıq ərazisi qədim türk-oğuz qəbirləri və qəbirüstü abidələri ilə zəngin olub. 1988-cil deportasiyasından sonra ermənilər tərəfindən dağıdılan köhnə qəbiristanlıq ərazisindəki təpədə qədim türbə hal-hazırkı dövrdə də mövcudluğunu qoruyur. Yumru dairəvi formada olan türbənin 1.5 m (təxmini) genişliyində giriş qapısı və hündür şiş papaq formasında dam örtüyü var. Dam örtüyünün bir neçə yerində (4-5 yerində) dam örtüyü parçası düşüb, yeri açıq vəziyyətdədir[ii] .
Adını Oğuz Dulkadirlilərin Camışlı boyundan alıb. Toponim camışlı türk tayfa adı əsasında formalaşıb. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Toponim Camışlı kəndində ancaq azərbaycanlıların yaşadığı haqda də-qiq məlumat verir [iii]. Türbə qədim Azərbaycan tarxi torpaqlardakı maddi-mədəni irsinin günümüzdə qalan nümunələrindən biri kimi tarixi əhəmiyyətə malikdir.
[i] https://az.wikipedia.org/wiki/Cam%C4%B1%C5%9Fl%C4%B1[ii] https://www.facebook.com/IrevandaTurkler/photos/a.104870856255720/3052150241527752
[iii] İbrahimov (Şahin) T.Ə. Qaşqaylar / Tağı İbrahimov; red. Z.Abdullayev; AzSSR EA, Şərqşünaslıq in-tu. – Bakı: Elm, 1988. – S. 29.
