Əsas şəkil

Canəhməd qəbirüstü kitabələri

Tarixi
V-VI yüzil
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lının Basar­­ke­çər rayonun­da Canəhməd (Sultan qışlağı) kəndində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər ra­yonu 1969-cu ildən Var­­­­­de­nis–Canəhməd kəndi–1780-1785-ci illərə qədər Sultanəli qışlağı  3.07.1969)–Günəşli–19.04.1991-ci ildən Kutakan adlandırılıb.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

1977-ci ildə isə o zaman Var­denis RPK–nin I katibi olan Nu­­ricanyanın göstərişi və bir­­başa rəhbər­liyi ilə Varde­nis qə­sə­bəsin­dəki kil­sənin həyətində yara­dıl­mış açıq mu­zeyə aparı­lıb[i] erməni abi­­də­si kimi təq­dim edi­lir.
 

Məlumat

Canəhməd kəndinin oğuz türkü tərə­findən binələşdirilməsinin 1000–1500 illik tarixi elə bu kəndin özündəki maddi dəlillərlə təsdiqlənir. Belə ki, Canəhməd kəndinin müasir coğrafi mövqeyindən təxminən 500–600 metr şərqdəki qədim məzarlıqda XX əsrin 70–ci illərinə qədər toxunulmamış qalan, 1977-ci ildə isə o zaman Var­denis RPK–nin I katibi olan Nurican­yanın göstərişi və birbaşa rəhbərliyi ilə Vardenis qəsəbəsindəki kilsənin həyə­tində yaradılmış açıq muzeyə aparılan qəbirüstü kitabələrin eramızın V–VI əsrlərinə aid olduğu Ermənistan Tarixi Abidələrin Qorunması və Bərpası üzrə Dövlət Komitəsinin əməkdaşları tərə­fin­dən rəsmən təsdiq olunmuş faktdır.[i]

Kənddə 1873-cü ildə 245 nəfər, 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 442 nəfər, 1908-ci ildə 422 nəfər, 1914-cü ildə 523 nəfər, 1916-cı ildə 475 nəfər azərbay­canlı yaşamışdır. 1919-cu ildə azərbay­canlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. 1920-ci ildə indiki Ermə­nistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları yaranan sakitlikdən isti­fadə edərək öz kəndlərinə qayıda bil­mişlər. 1922-ci ildə burada 194 nəfər, 1926-cı ildə 335 nəfər, 1931-ci ildə 383 nəfər, 1939-cu ildə 339 nəfər, 1959-cu ildə 337 nəfər, 1979-cu ildə 589 nəfər, 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. Kənd əhalisi 1988-ci ildə noyabr ayının axırlarında kəndi tərk etmək məcburiyyətində qal­mışdır. 1930-1932-ci illərdə kənddə döv­lət tərəfindən məktəb açılmışdır. 1930-1932-ci illərdən 1955-ci ilə qədər ibtidai (I-IV), 1955-ci ildən 1970-1971-ci illərə qədər natamam orta (VIII), 1970-1971-ci illərdən 1988-ci illərə qədər orta məktəb (X) olmuşdur. Məktəbin inzibati binası olmadığı üçün dərslər kəndin müxtəlif yerlərində keçirilirdi.[ii]

Canəhməd kən­­­di XVI əs­rin (1510-1515) əvvəllə­rin­də ya­­ran­mış­dır.   Kənd­də müxtə­lif illərdə yaşa­yan  Qədimalı­lar (Cə­nubi Azər­­baycanın Sul­duz vilayə­tin­­dən Qazax ma­­ha­lına ora­dan isə Göyçə ma­halına gəlib­lər). Əkbərlilər  (Qa­zax maha­lın­dan gələn­lər), Hovalılar (Daş­­­­kəsən ra­yo­­nundan gə­lən­­lər), Kər­bə­layı Qulular (Qa­zax maha­lından gələn­lər), Yekə Hə­sən­lilər (Qa­­zax maha­lın­dan gə­lənlər), Nov­ruz­lular (Qazax maha­lından gə­lənlər), Cabbar­­lılar (Qazax maha­lından gələn­lər), Çəkmə­li­lər (Sa­­danaxaç və yaxud Hacı–Qə­rib kəndin­dən gə­lənlər), Ağa­lıq­lar – (Qa­zax maha­lın­dan gə­lən­lər)türk–oğuz mənşəli tay­falar bura­nın azərbay­can­lı yurdu oldu­ğunu göstərir.


 


[i] Vilayətoğlu, S. Oğuz Elinin müqəddəs ocağı Göyçə/Salman Vilayətoğlu.Bakı, 2006–S.202–203. 

[ii] https://az.wikipedia.org/wiki/Can%C9%99hm%C9%99d