- Tarixi
- X–XI əsrlər
- YerləşməƏvvəlki toponim
Kərbibasar mahalının Alagöz rayonunun Carcarçı kəndində
- YerləşməHazırkı toponim
Alagöz rayonu– Araqats. Carcarçı (Carcaris) kəndi 19.04.1957-ci ildən Derek adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Məbəd üzərində və memarlıq quruluşunda Səlcuqlu dövrünə aid olan elementlərin çox olması səbəbi ilə ermənilər tərəfindən dağılmağa məhkum vəziyyətdə buraxılıb. Uçan divar daşları kəndin erməni əhalisi tərəfindən daşınıb ev və tövlə inşaatında istifadə olunub. Hazırkı dövrdə məbədin yan divarının 5 metr eni və 3,5 metr hündürlüyü olan hissəsi qalıb.[i]
[i] https://az.wikipedia.org/wiki/Carcaris#/media/Fayl:Dzhardzharis_church.jpg
- Məlumat
Məbəd İrəvan quberniyasının Aleksandropol qəzasında, sonradan Kərbibasar mahalının Alagöz rayon mərkəzindən 12 km məsafədəki Carcarçı kəndində yerləşir.
Məbəd X–XI əsrlərdə xiristian səlcuqlular tərəfindən inşa olunub. Məbədin memarlıq quruluşunda məscid memarlığnda mövcud olan tağ və oval formalı elementlər abidənin türk memarlıq nümunəsi olduğunu göstərir. Daha sonrakı dövrdə onların İslamı qəbul etməsindən sonra məbədin üzərindəki bəzi memarlıq elementlərini məscidlərə daşıdığı müşahidə olunur. Məbəd çay və qaya daşlarından ağ suvaq məhlulu ilə tikilib, daha sonra üzəri boz və qəhvəyi rəng dördkünc qranit daşlarla bəzədilib. Uzunluğu 11–12, eni 7–8, hündürlüyü isə 6 metr civarında olub. Divar qalınlığı 0,6–0,8 m civarında olub[i]. Türk memarlıq abidəsi kimi xaraba vəziyyətdə ərazidə mövcudluğunu qoruyur.
Carcarçı kəndi 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdar. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Cərcəyis kəndi adında qeyd edilmişdir[ii].
15 mart 1972-ci ildə yaradılan Alagöz (Araqats) rayonunun tabeliyinə verilmişdir.
Məbəd memarlıq xüsusiyyətlərinə görə Səlcuqlu dövründə tikilən digər məbəd və abidələrlə oxşarlıq təşkil edir. Eyni memarlıq üslubuna aid bir neçə elementi xiristian səlcuqluların İslamı qəbul etdiyi dönəmdən sonra məscidlərdə də görmək mümkündür. Toponim Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrində “vəl” əvəzində xırmanda istifadə edilən dəmir dişli kənd təsərrüfatı aləti mənasında işlənən “carcar “sözünə[i] “-is” topoformantının artırılması ilə düzəlmişdir. Bu döyüm aləti, əsasən, düzənlik ərazilər üçün xarakterik olmuş və iş prosesində vəldən əvvəl işlədilmişdir[ii]. Toponim peşə, sənət mənasında işlənən “carcaris” sözü əsasında formalaşmışdır.
