Əsas şəkil

Cavadın mağarası (Məhəmmədin zağası)

Tarixi
VIII-IX yüzil
Yerləşmə
Əvvəlki toponim

Göyçə mahalı Ba­sarkeçər ra­yo­nunun Daş­kənd kəndində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər ra­yonu – Var­denis, Daşkənd kəndi– 19.04.1991-ci ildən – Hayrik

Təsnifatı

Arxeoloji abidə

Mövcud vəziyyəti

1988-ci ildə azər­baycan­lıla­rın kütləvi de­portasiyasın­dan sonra er­mə­nilər tərəfin­dən mə­nim­sə­nilib, er­mə­ni abi­dəsi ki­mi təq­dim olu­nur.

Məlumat

Cavadın zağası (Məhəmmədin zağası) adlanan mağara  Basarkeçər rayonunun Daşkənd kəndində yerləşir.

Kəndin qayalıq hissəsinin altında müx­təlif məsafələrdə 7 böyük və bir neçə ki­çik mağaralar (zağalar) var. Bu zağa­lardan biri “Cavadın zağası” adlanır. Ma­ğara çox böyükdür. İçərisində təx­minən 800 baş qoyun olan sürü yerləşə bilir.  Həm də bu mağaranın hər iki tərəfində 2–6 metr hündürlükdə səkiyə bənzər yerlər vardır. Bu səkilər amfi­teatra bənzəyir. Bu həqiqətlər qədim insanların keçmişdə belə mağaralarda böyük şənliklər və yı­ğıncaqlar keçir­mələrindən xəbər verir.[i]

Daşkənd kən­di­nin ən ağır toy­ları qış möv­sü­mündə “Mə­həm­mə­din za­ğası”nda ke­çi­ri­lərdi. Zağa­nın içə­risi yay­da sə­rin, qışda isti olar­dı.[i]

 


 


[i] Alqayıt. “Seyid Bayram ocağı”. Bakı, “Hərbi Nəşriyyat”, 2007. Səh.33

 


 


[i] Xasay Zeynalov. “Göyçəsiz günlərim”. Bakı, “Nurlan”, 2006. Səh.93