- Tarixi
- XVIII yüzil
- YerləşməƏvvəlki toponim
Qaraqoyunlu mahalı ərazisində, Çəmbərək rayonunda, rayon mərkəzindən 25 km məsafədəki Çaykənd kəndində yerləşir
- YerləşməHazırkı toponim
Çaykənd kəndinin adı 19.04. 1991-ci ildə dəyişdirilərək Dprabak adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1988-ci il deportasiyasından sonra Çaykənd qəbiristanlığındakı qəbirlər və qəbirüstü abidələr dağıdılıb.
- Məlumat
Çaykənd kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradılıb. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qalıb. Çaykənd kəndinin bünövrəsi XVIII yüzildə təxminən 1778-ci ildə qoyulub. Gəncə qəzasının Dilican nahiyəsinə daxil olan Çaykənd, Qaraqoyunlu dərəsinin mərkəzi kəndlərindən biri idi [i].
Azərbaycanlı əhalisi 1905-ci ildə 409, 1914-cü ildə 677, 1931-ci ildə 662 nəfər olub. 1988 -ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı buradan zorla köçürülüb
[i] https://az.wikipedia.org/wiki/%C3%87ayk%C9%99nd_(Qaraqoyunlu
