Əsas şəkil

Çayqovuşan körpüsü

Tarixi
1207-ci il
Yerləşmə
Əvvəlki toponim

Çayqovuşan kör­püsü Kar­van­sara ra­yo­nunda yerləşir.

Yerləşmə
Hazırkı toponim

Karvansara rayonunun adı ermənilər tərə­fin­dən dəyişdi­ri­lib, İcevan qo­yulub.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Çayqovuşan körpüsü Azərbaycan ele­­ment­­ləri da­şı­­ya­raq, me­mar­lıq nü­mu­nəsi ol­ma­sına bax­ma­ya­raq, ermənilər tə­mir edib, is­ti­fa­də etdikləri kör­pünü öz abi­dələri kimi təq­dim edirlər.

Məlumat

Çayqovuşan körpü (Çay–qoşan) Girants–su qolu üstündə, onunla Sameon suyu qo­lunun birləşən yerin­dəçayqo­vuşan hissəsində yerləşir. Karvansara rayo­nundadır. 

Körpü qəhvəyi rəngli tuf daşdan tikil­miş­dir. Körpünün sol tərəfindəşərqə ba­xan hissəsində, hicri təqvimi ilə 1207-ci ilə aid fars dilində pozulmuş halda yazı var­dır. Körpünün bu tarixdə inşa edildiyi eh­timal olunur. Çayın hər iki sahilində yaşayış yerlərinin izləri və bir neçə qəbir var.[i]

Çayqovuşan kör­püsü me­­­mar­­­lıq və arxi­te­k­tura ba­xı­m­ın­dan tari­xi tor­pa­q­lar­da yer­lə­şən mü­hüm mad­di abid­ə­­lər­dən biridir. Ça­yın hər iki tərə­fində yaşayış olub. Körpünün çayın digər tərə­findəki yaşayış məskənləri ilə əlaqə və kom­mu­nikasiya qur­maq baxı­mın­­dan əhə­miyyət­li rolu olub.

 


 


[i] Ələsgər Mehdiyev, Amil Əhmədov, Fuad Nəbiyev. “Oğuz yurdu Haqqıxlı”. Bakı, “Adiloğlu”, 2016. səh.56