Cidalı piri
Zəngəzur mahalı Qafan və Sisyan rayonu ərazisində Əriməz dağı və Sarı dərənin arasındakı yüksək zirvədə, Kurud kəndi yaxınlığında.
Qarakilsə rayonu – 02.03.1940-cı ildən – Sisian, Kurud kəndi 7.11.1995-ci ildən – Karut adlandırılıb.
Memarlıq
Cidalı piri 1988-ci il – azərbaycanlıların deportasiyasından sonra sahibsiz qalıb. Sonuncu dəfə pirin şəkli müəllim Mürvət Hacıyev tərəfindən çəkilib.
Zəngəzur mahalının ən qədim inanc yerlərindən olan Cidalı piri Qafan rayonu ilə Sisyan rayonu ərazisində Əriməz dağı ilə Sarı dərənin arasında ən yüksək zirvədə yerləşir. 1334-cü ildə Osmanlı padişahı Orxan qazi əmisi Dündar və Cidalını Alagöz yaylağına Çuxursəəddə sürgün edir. Onlar orada yaşayıb, o dağlarda haqqın rəhmətinə qovuşub, orada dəfn edilir. Vəfatlarından sonra qəbirləri ziyarətgaha çevrilir. Hər il Zəngəzurda yaşayan türklər və azərbaycanlılar bu məzarları ziyarət edib qurban kəsərdi. Övladı olmayan ailələr o pirdən şəfa tapıb övlad sahibi olanda da övladlarına o adları qoyardılar.
Cidalı piri, Zəngəzurdakı ibadət ocaqları Azərbaycan xalqına məxsus dini-irfani, sakral-tarixi abidələr kimi maddi-mədəni irsin dəyərli elementlərindən hesab olunur.