Çikdamal qalası

Tarixi:
e. ə. I minillik
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan qu­ber­ni­­­ya­sının A­le­k­­­s­­an­dro­­pol qə­za­­sının Ha­­mam­­lı (Spi­tak) ra­yonu əra­zi­­sin­dəki Çik­da­­mal kənd­in­də yer­lə­şir.

Yerləşmə /
Hazırkı toponim:

Çikdamal kən­d­inin adı 25.01. 1978-ci ildə də­yişdi­ri­lə­rək Are­ve­şoq ad­lan­­dı­rı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

E.ə. I minilliyə dair qala di­var­la­r­ının qa­lıq­la­rı Çik­damal kən­d­in­­də qal­maq­da­dır [i].

 

[i] Azərbaycan dilinin izahlı lüğəti / AzSSR EA, Nəsimi ad. Dilçilik İn-tu; tərt. ed.: B.Abdullayev, Ə. Orucov və b.; red. hey. M.Dadaşzadə və b.. –  Cild 2. – Bakı: Elm, 1980. –  S. 26.

Məlumat:

“İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) ra­yo­nun­da Çikdamal kəndində qala. Kənddə e.ə. I minilliyə dair qala di­var­larının qa­lıq­ları vardır. Ermənilər bu­raya 1828-1829-cu illərdə İranın Maku vilayətindən kö­çürülüb. Burada 1897-ci ildə er­mə­ni­lər­dən başqa, 7 nəfər azərbaycanlı yaşayıb. Onlar XX əsrin əvvəllərində sıxışdırılaraq kənd­dən çıxarılıb. İndi ermənilər yaşayır. Rel­yef əsasında yaranan mürəkkəb qu­ru­luşlu toponimdir. Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyiş­di­ri­lə­rək Areveşoq adlandırılıb [i]. [ii].

Toponim türk di­­lində “sər­­həd”, “mərz” m­ə­na­sın­da iş­lən­­ən çik sö­zü ilə Azər­bay­can di­lində, “ev, bi­na, tikili”, “bir ya iki tə­rə­fi açıq, üstü­ör­tü­lü yer, tikili”, “p­ə­­yə, dəyə, qaz­­ma” mə­­na­sın­da iş­lə­nən dam s­ö­­zünün bir­ləş­mə­sindən ə­m­ə­l­ə gəlib. So­nun­dakı “al” t­o­­po­for­mant­d­ı­r­. “Ç­i­k­” sözü “dar də­rə” mə­na­sında da işlənir “Sər­həd­­də yerləşən ev, yaşayış mən­­təqəsi, kənd” mə­nasını bil­dirir. 
Mə­lu­matlar qa­­la­­nın Az­ə­­­r­bay­­can­ın qədim mə­­də­ni irsi ol­du­ğu­nu gös­tə­rir.

 

[i] Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri / İ.M.Bayramov; red.: B.Ə.Budaqov, H.İ.Mirzəyev, S. A.Məmmədov. –  Bakı: Elm, 2002. –  696 s.

[ii] Ermənistan Sovet Ensiklopediyası. –  Cild 11. –  İrəvan, 1983. –  S.  17.

Fotolar:
Videolar: