Cil kənd karvansarası

Tarixi:
XVII-XVIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Göyçə mahalı, Çəmbərək ra­yo­­nu Cil kən­d­i ya­­­­xın­lı­ğın­da.

Yerləşmə /
Hazırkı toponim:

Çəmbərək rayonu – 1920-ci ildən – Kras­no­­selo.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Cil kəndi yaxın­lı­ğındakı kar­van­sara sovet döv­ründə bir müd­dət anbar ki­mi istifadə olu­nub. Ermə­ni­lər tərə­f­in­dən tə­mir o­l­u­n­­mayan kar­van­sa­ra uçub dağılıb, yer­­ləş­di­yi əra­zi­də xa­ra­­balıqları qalıb.

Məlumat:

Xarici səyyahların da qeyd etdiyi ki­mi, “Yol boyunca bir-birindən mü­əy­yən məsafədə yerləşən bir qədər başqa for­mada olan karvansaralara da rast gəlinirdi. Bu binalar böyük  və iri yo­nul­muş daşlardan inşa edilmişdi. On­ların damları yastı, otaqları tağlıdır. Kar­vansaraların dörd tərəfində qül­ləl­ər vardır ki, bunlar da onları yalnız kar­vanlar üçün sığınacağa deyil, həm­çinin, quldurlardan müdafiə olunmaq üçün bir vasitəyə çevirir” Cil kəndi ətrafındakı karvansara da bu qaydada ti­kilimiş birmərtəbəli karvansara idi [i], [ii].

Karvansara ge­diş-gəlişi çox olan yolun kə­nar­ında yer­ləşib. Müx­təlif böl­gə­lər­dən gələn ta­cir, səyyah, təd­qi­qatçılar və bir çox kate­qo­ri­ya­dan olan insan­ların məskun­laş­ma­sı və onların əhali ilə yarat­dı­ğı sosial-iqtisadi mü­nasibət kənd və onun ətra­fın­da­kı ərazilərin so­sial-iqtisadi cəhət­dən inkişaf etmə­sinə böyük təsir göstərib.

 


[i] Qarayev, E. Azərbaycanın İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu – XIX yüzilliyin ortalarında): monoqrafiya / Elçin Qarayev; elmi red.: C.Mustafayev, H.Həsənov; AMEA. A.A. Bakıxanov ad. Tarix İn-tu. – Bakı: Mürtəcim, 2016 . – S 434.

[ii] Биберштейн М. Описание провинции, расположенных на левом берегу Каспийского моря между реками Терек и Кура (перевод с франц. на рус. яз. С.Б. Ашурбейли) // АМЕА TİEA ф.1, siyahı1, iş. 466.

Fotolar:
Videolar: