- Tarixi
- e.ə. IV-VI minilliklər
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Çəmbərək rayonunun Cil kəndində
- YerləşməHazırkı toponim
Çəmbərək rayonu 1920-ci ildən Krasnoselo
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1988-ci ilin noyabr–dekabr aylarında Cil kənd sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunub. Ermənilərin kəndə köçürülməsindən sonra qədim qəbirüstü abidələrin əksəriyyəti dağıdılıb, qalanlara isə erməni elementləri əlavə olunub, erməni abidəsi kimi təqdim edilir.
- Məlumat
Cil kəndi qədim yaşayış məskəni kimi təxminən e.ə. IV-VI minilliyə təsadüf edir. Buna sübut kimi kənddə iki yerdə qədim oğuz türklərinə aid məzarlığı göstərmək olar. Birincisi Tikinüsdü məhəlləsindəki və ən qədimi, ikincisi Təpənin dalındakı məzarlıq. Sanduqə, at və qoç daşlı qəbirüstü abidələr üzərində müxtəlif təsvirlər yer alırdı. Adı çəkilən məzar daşlarındakı yazılar Orxon–Yenisey yazılarına daha yaxın hesab olunur.[i] Çəmbərək rayonu yaradılana qədər (31.XII.1937) Basarkeçər rayonunun tərkibində olmuşdur.
Kənddə 1831-ci ildə 265 nəfər, 1873-cü ildə 287 nəfər, 1886-cı ildə 587 nəfər, 1897-ci ildə 442 nəfər, 1904-cü ildə 975 nəfər, 1914-cü ildə 1035 nəfər, 1916-cı ildə 893 nəfər, 1919-cu ildə 888 nəfər yalnız azərbaycanlı yaşayıb. 1919-cu ilin yazında kənd sakinləri ermənilərin təcavüzünə məruz qalaraq qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri doğma yurdlarına dönə bilmişdir. 1922-ci ildə burada 697 nəfər, 1926-cı ildə 824 nəfər, 1931-ci ildə 1041 nəfər[ii], 1970-ci ildə 1595 nəfər, 1979-cu ildə 1490 nəfər, 1987-ci ildə 1500 nəfər[iii] azərbaycanlı yaşamışdır.
Cil toponimi Azərbaycan dilində "torpağın üstünü basan süpürgəvari ot" mənasında işlənən “cil” sözü əsasında əmələ gəlib. Fitotoponimdir. Quruluşca sadə toponimdir.[i] Kəndin qədim qəbiristanlığındakı qəbirüstü abidələr buranın türk–oğuz yurdu olduğunu təsdiqləyir.
[i] F.Kırzıoğlu. Rəvan türkləri, "Vətən həsrəti" qəz., 18. VI. 1993
