Çırpılı karvansarası
Ağin rayonunun Çırpılı kəndi
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Crapi, sonra Nerkin Crapi qoyulmuşdur.
Memarlıq
Hazırda karvansaranın hündür girişinin tavan hissəsi yarıdağınıq vəziyyətdədir. Qabaq hissəsindəki kiçik tikilinin üzərinə xaç elementi əlavə olunub. Hər iki abidə də ermənilər tərəfindən mənimsənilib, “erməni abidəsi” kimi təqdim olunur.
İrəvan quberniyasının Şörəyel mahalının Ağin rayonunun Çırpılı kəndindəki Çırpılı karvansarası (XVI–XVII əsrlərə aid)
Yol kənarındakı kəndə yaxın yaşıllıq ərazidə yerləşən Çırpılı karvansarası Şərq memarlığı üslubunda tikilmişdi, böyük və çox sayda otaqlardan ibarət idi. I Şah Abbasın tikdirdiyi karvansarada, əsasən, Müsəlman Şərqinin, o cümlədən Azərbaycanın orta əsr memarlığında istifadə edilən nal formalı çatma tağlar tətbiq olunmuşdur. Təxmini olaraq eni 12 metr, uzunluğu 30–35 metr, giriş hissəsinin hündürlüyü 5–6 metr, otaqlar yerləşən bölmənin hündürlüyü isə 3–3,5 metr civarındadır.
Çırpılı karvansarası böyük çay və qaya daşları ilə tikilib. Karvansaranın 3 tağlı hündür girişi mövcuddur. Geniş giriş bölməsindən sonra başlayan uzun dəhlizin sağ və sol tərəfində otaqlar mövcud olub. Hər tağın bir otaq olduğu güman edilən karvansaranın təxmini olaraq 12 otaqdan ibarət olduğunu söyləmək mümkündür. “İrəvan əyalətinin icmal dəftəri”ndə Şörəyel sancağında (Pəmbək əyaləti ilə birlikdə) 172 kəndin mövcudluğu göstərilir.
Nadir şahın dövründə verilən məlumata görə, İrəvan xanlığının tərkibinə daxil olan Şörəyel mahalında 109 kənd mövcud olmuşdur. 1804-cü ildə Şörəyel sultanlığının rus qoşunları tərəfindən işğalından sonra bir neçə kənd istisna olmaqla, qalan bütün kəndlərə Türkiyədən köçürülüb gətirilən ermənilər məskunlaşdırılmışdı.[i]
Memarlığı ilə Azərbaycan maddi-mədəni irsini təmsil edən Çırpılı karvansarası kənd və ətraf ərazilərdə azərbaycanlıların yaşadığını, ərazinin azərbaycanlıların məskunlaşdığı yurd yeri olduğunu göstərir.
Hazırda karvansaranın hündür girişinin tavan hissəsi yarıdağınıq vəziyyətdədir. Qabaq hissəsindəki kiçik tikilinin üzərinə xaç elementi əlavə olunub. Hər iki abidə də ermənilər tərəfindən mənimsənilib, “erməni abidəsi” kimi təqdim olunur.
[i] https://www.facebook.com/IrevandaTurkler/photos/a.103700753039397/756358961106903