Əsas şəkil

Çırpılı kəndində karvansara

Tarixi
XVI-XVII yüzil
Yerləşmə
Əvvəlki toponim

İrəvan quber­ni­ya­sının Şörəyel mahalının, Ağin  rayonun­dakı Çırpılı kən­­dində

Yerləşmə
Hazırkı toponim

Ağin rayonu–12.10.1961-ci ildən Ani, Çırpılı kəndi– 3.02.1947-ci ildən Crapi, sonra Nerkin Crapi

Təsnifatı

Memar­lıq

Mövcud vəziyyəti

Hazırda karvan­saranın hündür girişinin tavan  hissəsi yarı da­ğı­nıq vəziyyət­də olsa da, otaq­ların olduğu böl­mələrin ta­vanı uçub, yan, arxa, qabaq di­var­ları və kar­van­sa­ranın için­dəki iki cərgə­dən ibarət  enli tağlı divar his­sə­si isə  qis­mən salamat qal­sa da, arxa hissəsi uçub xa­rabaya çevrilib. Qabaq hissəsin­dəki ki­çik tikili­nin üzə­rinə xaç ele­menti əlavə olu­nub. Hər iki abi­də də ermə­ni­lər tərəfindən  mənimsənilib, erməni abidəsi ki­mi təqdim olu­­nur.     

Məlumat

Yol kənarındakı kəndə yaxın yaşıllıq əra­zidə yerləşən Çırpılı karvansarası Şərq me­mar­lığı üslu­bun­da tikilmiş və kar­van­sara böyük və çox sayda otaqlardan ibarət idi.  I Abbasın  tik­dirdiyi karvan­saradan biri hesab olunan, Müsəlman Şərqinin, o cümlə­dən, Azər­baycanın orta əsr memarlığında əsasən nal formalı çatma tağlar tətbiq olunmuş­dur. Təxmini olaraq eni 12 metr, uzun­luğu 30–35 metr, giriş lobi hissəsinin hündürlüyü 5–6 metr, otaqlar yerləşən bölmənin hündürlüyü isə 3–3,5 metr civarındadır.  Çırpılı kar­vansarası böyük çay və qaya daşları ilə tikilib.  Karvansa­ranın 3 tağlı hündür gi­ri­şi mövcuddur. Geniş giriş bölməsindən sonra başlayan uzun karidorun sağ və sol tərəfində otaqlar mövcud olub. Hər tağın bir otaq olduğu güman edilən karvan­saranın təxmini olaraq 12 otaqdan ibarət oldu­ğu­nu söyləmək mümkündür. “İrə­­van əyalə­ti­nin icmal dəftəri”ndə Şörəyel sanca­ğın­da (Pəmbək əyaləti ilə birlikdə) 172 kəndin mövcudluğu gös­tərilir. Nadir şa­hın dövründə verilən mə­lu­mata görə, İrə­van xanlığının tərkibinə daxil olan ma­halı kimi, Şörəyel mahalında 109 kənd mövcud olmuşdur. 1804-cü ildə Şö­rəyel sultanlığının rus qoşunları tərə­findən işğalından sonra bir neçə kənd istisna olmaqla, qalan bütün kəndlərə Türkiyə­dən köçürülüb gətirilən ermənilər məs­kun­laşdırılmşdı.[i] Toponim “quru bu­daq, kol qırıntısı” mə­nasında işlənən çır­pı sözünə mənsubluq bildirən “–lı” şəkil­çi­sinin artırılması yolu ilə əmələ gəl­mişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.[ii]


Arxitekturası və memarlığı ilə Azər­baycan maddi–mədəni irsini təmsil edən Çırpılı kar­­van­­sarası kənd və ətraf ərazilərdə azərbaycanlıla­rın yaşadığını, ərazinin tarixi azərbaycanlıla­rın məskunlaş­dı­ğı yurd yeri olduğunu göstə­rir.


[i] https://www.facebook.com/IrevandaTurkler/photos/a.103700753039397/756358961106903

[ii] Azərbaycan dilinin izahlı lüğəti, IV c., Bakı, Elm”, 1987. s.441