Cücəvəng qalası (qala divarları)

Tarixi:
XII-XIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Tiflis quber­ni­ya­­sının Bor­ça­lı qə­zasında Ba­­ra­na rayo­nun­­dakı Cü­cəvəng kən­d­in­də yerləşir.

Yerləşmə /
Hazırkı toponim:

Barana rayonu – No­vem­­ber­yan, Cü­cəvəng kəndi – Cuce­van ad­­lan­dı­rı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Cücəvəng kənd­in­­də qalanın di­var­larının qa­­lıq­ları ha­zır­da er­məni abi­də­si ki­mi təq­dim olu­nur.

Məlumat:

Cücəvəng kəndində XII-XIII yüzillərə aid ta­rixi abidələr, qədim qəbir­is­tan­lıq­dakı türk qəbirləri, qala divarları vardır [i]. Toponimin Çingiz xa­nın böyük oğ­lu Cuc­i­nin adını daşıması ehtimal olu­n­u­r[ii],[iii]. Lakin “kiçik”, “balaca” anlamında “cücə” sözün­dən düzəlməsi ehtimalı hə­qi­qətə daha ya­xındır. Başqa sözlə Cücə­vəng – kiçik məbəd anlamını verir. Pat­ro­nim to­po­nim­dir. Qu­­ru­luşca mü­rək­­kəb topo­nim­dir[iv], [v].

Cücəvəng kən­d­indəki qala və qə­­dim qə­bir­is­tan­­­lıqdakı mü­x­­­tə­lif türk tay­fa­larına aid qə­bir daşları və qə­bir­üstü abi­də­lər kənd­­in azər­­bay­can­­lı­lar­ın yurd ye­ri ol­duğunu gös­tərir.

 


[i] Ermənistan Sovet Ensiklopediyası . – Cild 9 . – İrəvan, 1983 . – S. 551.

[ii] Azərbaycan Sovet Ensiklopediyası. – Cild 10 . – Bakı, 1987 . – S. 449.

[iii] Hey ət, C. Türkl ərin tarix və mədəniyyətinə bir baxış (İslamdan əvvəl və islam dövrü). Başlanğıcından XVI əsrə qədər / Cavad Heyət. – Bakı: Azərnəşr, 1993. – S. 36.

[iv] Меликишвили, Г.А. Урартский язык / Г.А.Меликишвили . – М.: Наука, 1964 . – С. 68.

[v] https://az.wikipedia.org/wiki/Cucevan

Fotolar:
Videolar: