Cücəvəng qəbirüstü abidələri

Tarixi:
XII-XIII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Tiflis qu­ber­ni­ya­sı Bor­çalı qə­zasında Bara­na rayonundakı Cü­­cəvəng kə­n­d­­­ində yerləşir.

Yerləşmə /
Hazırkı toponim:

Barana rayonu – No­vem­­ber­y­a­n, Cücəvəng kəndi – 1991-ci ildən  Cucevan ad­­­lan­­dı­rılıb

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

XII-XIII yüzil­lər və daha son­ra­kı ta­rixi dövr­lə­rə aid Azər­bay­can ta­rixinin qədim maddi-mə­dəni ir­si olan çoxsaylı türk qəbir­ləri və qəbir­üstü abidə­lər­inin bir çoxu er­­mənilər tərəf­in­­dən dağıdılıb məhv edilib.Qa­lan az sayıda abi­­də isə erməni ele­­mentləri əla­və olu­naq mənim­­sənilib.

Məlumat:

Rayon mərkəzindən 9 km məsafədə yer­lə­şir. Erməni mənbələrində kəndin 1873-cü ildə salındığı göstərilsə də, Cücəvəng kən­d­­indəki maddi-mədəni abidələr kəndin tari­­xinin daha qədim dövrlərə qədər uzan­d­ı­ğını kənddə XII-XIII əsrlərə aid tarixi abidələr, o cümlədən türk qəbirləri, qala divarları  təsdiqləyir  (Ermənistan Sovet En­siklopediyası, IX c., İrəvan, 1983, s. 551). Qəbiristanlıqda XII-XIII yüzilləri və daha sonrasına aid çox say­da­kı türk qəbirləri və qəbirüstü abidələr ü­s­tün­dəki at, qoç və at üstündə cəngavər təs­virləri ilə yanaşı qəbirüstü at və qoç hey­kəlləri də mövcuddur. Qəbirüstü qoç abi­dələrinin üzərində xüsusilə at, günəş və qılınc təsvirlərinə daha çox rast gəlinir. Toponimin Çin­giz xa­nın böyük oğ­lu Cucinin a­d­ı­­nı daşıması ehti­mal olunur. La­kin “kiçik”, “ba­la­ca” anlamında “cücə” sözündən düzəlməsi ehti­ma­lı həqiqətə da­­ha yaxındır. Başqa sözlə Cü­cə­vəng – kiçik məbəd anlamını verir. Pat­ro­nim to­po­nim­dir. Qu­­ru­luşca mü­rək­­kəb topo­nim­dir

Fotolar:
Videolar: