Cul körpüsü

Tarixi:
XVII yüzil
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan qu­ber­ni­ya­sı Şərur-Də­rələyəz qə­za­sı, sonra­dan Paşalı (Əziz­bəyov, Vayk) rayo­n­u Cul kən­dində.

Yerləşmə /
Hazırkı toponim:

Cul kəndinin adı 19.04.1950-ci ildən –  Ar­ta­van adlan­dı­rılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Cul körpüsü Azər­baycan ele­ment­ləri daşı­ya­raq, memarlıq nü­munəsi ol­ma­sına bax­ma­ya­raq, ermənilər təmir edib, is­ti­fa­də etdikləri körpünü öz abi­dələri kimi təq­dim edirlər.

Cul körpüsü me­­­marlıq və arxi­te­k­tura ba­xı­m­ın­dan tarixi tor­pa­q­lar­da yer­ləşən mü­hüm mad­di abid­ə­­lər­dən biridir.

Məlumat:

Cul kəndində inşa olunan körpü Arpa­çay­ın sağ qolu olan Culçayın üstündə XVII yüzildə inşa olunub. Əvvəl kənarı və alt his­səsi qövsvarı qaydada xüsusi kəsilmiş ağ mərmər daşla iki kəmər atılaraq tikilən kör­pünün daha sonra üst hissəsi hörülüb. Tək tağlı daş körpü şərq memarlığı üslub­u­nda böyük çay və qaya daşlarından isti­fa­də olunaraq inşa edilib [i]. Kəndin adı tarixi mənbələrdə XIII yüzillikdən xatır­la­nır. Toponim çul türk etnonimi əsa­s­ınd­a yaranıb. Etnotoponimdir. Quruluşca sadə toponimdir [ii], [iii], [iv]. Kənddə 1831-ci ildə (56 kişi, 61 qadın, cəmi 117 nəfər,  1873-cü ildə 708, 1886-cı ildə 899, 1897-ci ildə 1214, 1904-cü ildə 1222, 1914-cü ildə 1344, 1916-cı ildə 1607 nəfər yalnız azərbaycanlı yaşayıb. 1918-ci ildə kənd ermənilərin təcavüzünə mə­ruz qalaraq sakinləri deportasiya olunub. İndiki Er­mə­nistanda sovet hökuməti qurulandan sonra sağ qalan sakinləri tarixi-etnik tor­paq­larına dönə biliblər. Burada 1922-ci ildə 717 nəfər, 1926-cı ildə 431, 1931-ci ildə 950 nəfər azərbaycanlı yaşayıb [v].

 

 


[i] https://www.facebook.com/IrevandaTurkler/photos/g%C3%B6y%C3%A7%C9%99-a%C5%9Fa%C4%9Fi-qaranliq-indi-martun

[ii] Глинка, С.Н. Описание переселения армян азербайджанских в пределе России / С.Н.Глинка. – Баку: Элм, 1990. – S. 111-114.

[iii] Mirzəyev, H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz / Y.Mirzəyev . – Bakı: ADPU, 1997 . – S. 190-194.

[iv] Yeğiazaryan, O. Əzizbəyov rayonunun mədəniyyət abidələri / O.Yegizaryan. – İrəvan: Haypetrat, 1955 . – S. 91 . – Erməni dilində.

[v] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 90-91, 158-159.

Fotolar:
Videolar: