- Tarixi
 - 1897-cil
 - YerləşməƏvvəlki toponim
 Göyçə mahalı Basarkeçər rayonunun Daşkənd kəndində
- YerləşməHazırkı toponim
 Basarkeçər rayonu – Vardenis, Daşkənd kəndi 19.04.1991-ci ildən – Hayrik
- Təsnifatı
 Memarlıq
- Mövcud vəziyyəti
 Məktəb 1917-ci ildə sovet bolşevikləri tərəfindən təzyiqə məruz qaldığı üçün fəaliyyətini dayandırmışdır. Məktəbin binası başqa məqsədlər üçün istifadə edilib.
- Məlumat
 Kənddə sovet hakimiyyəti illərindən qabaq Cənubi Azərbaycandan gələn adı dəqiq olmayan bir axund tərəfindən dini məktəb fəaliyyət göstərmişdir. Həmin məktəb təxminən iyirmi ilə yaxın, yəni 1897-1898-ci illərdən 1917-ci ilə qədər fəaliyyət göstərmişdir. Məktəbdə kənd əhalisi ilə birlikdə mahalın bir çox kəndlərindəndə gəlib kamil dini təhsil almışlar. Məktəbin 17–18 buraxılışı olmuşdur. Tağı oğlu molla Məhərrəm, molla Bəşir və molla Ballı qarı həmin məktəbdə tam dini təhsil almışlar.[i] ,[ii],[iii],[iv],[v]
Kənd, türk–oğuz yurdu olub. Burada1988-ci ildə azərbaycanlıların deportasiyasına qədər yalnız azərbaycanlılar yaşayıb. Dini məktəb müsəlman əhalinin dili biliklərə yiyələnməsində əhəmiyyətli rol oynayıb.
[i] Araz Yaquboğlu, Bir kökün budaqları, Bakı, “Nurlan”, 2006.
[ii] Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, “Nurlan”, 2008.
[iii] "Azərbaycan Respublikası Xatirə Kitabı", XI cild, "Respublika Xatirə Kitabı" redaksiyası, Bakı, 2011. səh. 641–647. (Toplayıb tərtib edəni: Araz Yaquboğlu)
[iv] Əziz Ələkbərli, “Qədim türk–oğuz yurdu “Ermənistan””, Bakı, “Sabah”, 1994
[v] https://az.wikipedia.org/wiki/Da%C5%9Fk%C9%99nd_(G%C3%B6y%C3%A7%C9%99)
