- Tarixi
- VI-VII yüzil
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində yerləşir.
- YerləşməHazırkı toponim
Daşkənd kəndinin adı 19.04. 1991-ci ildə dəyişdirilərək Hayrık (ata) – Ayrk adlandırılıb
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Kənddən Azərbaycan tarixinin izlərini silib yox etmək istəyən ermənilər Oğuz qəbiristanlığını da söküb dağıdıblar.
- Məlumat
Daşkənd ərazisinə görə Basarkeçər rayonunun ən böyük kəndi olub. Kənddə dəmir dövrü istehkamının daş divar qalıqları, aşağı hissədə isə dayaz mağaralar var idi. Daşkənddə VI-VII yüzilə aid Oğuz qəbiristanlığı dərin tarixi keçmişin yadigarıdır. Qəbiristanlıqda çoxlu sayda uzunluğu 2x3 ölçüsündə qəbirüstü daşlar və qəbirüstü at və qoç heykəlləri mövcud idi [i], [ii], [iii].
Oğuz qəbiristanlığındakı qədim qəbirlər üzərindəki qoç və at heykəlləri və fiqurlar, daşlar üzərindəki mixi əlifbası ilə yazılan yazılar və naxışlı daşlar Azərbaycanın bölgədəki tarixi mirasıdır.
[i] Yaquboğlu, A. Daşkənd və daşkəndlilər (Göyçə mahalə Basarkeçər rayonunun Daşkənd kəndi haqqında tarixi, coğrafi məlumatlar ailə başçısının 2012-ci ilə olan siyahısı və telefon nömrələri) / Araz Yaquboğlu. – Bakı: Hərbi nəşriyyat, 2012. – S. 21-22.
[ii] Vandalizm: tarixi adlara qarşı soyqırımı / AMEA, A.A.Bakıxnov ad. Tarix İn-tu; tərt. ed. Nazim Mustafa; ideya və ön söz Y.Mahmudov; elmi red. E.Məhərrəmov . – Bakı: Təhsil, 2006. – S. 16. (PDF) (azərb.).
[iii] https://az.wikipedia.org/wiki/Da%C5%9Fk%C9%99nd_(G%C3%B6y%C3%A7%C9%99)
Fotolar

