- Tarixi
- V-VI yüzillər
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Şərur–Dərələyəz qəzasında, yerləşən Paşalı (Əzizbəyov) rayonu ərazisindəki Daylaxlı kəndində
- YerləşməHazırkı toponim
Paşalı rayonu 12.10.1956-cı ildən Əzizbəyov, 19.04.1991-ci ildən–Vayk, Daylaxlı kəndi isə, 25.05.1978-ci ildən – Arin
- Təsnifatı
Arxeoloji abidə
- Mövcud vəziyyəti
Hal–hazırkı dövrdə mağaradakı azərbaycanlı izləri silinərək erməni abidəsi kimi təqdim olunur.
- Məlumat
Azərbaycanlıların erməni hücumlarından qorunmaq üçün sığındığı mağara 100-dən çox insanının uzun müddət yaşaya biləcəyi məkan olub. Mağaranın giriş hissəsinin eni 3–3,5 metr hündürlüyü isə 2.5–3 metr civarındadır.[i] İçində su quyusu, ərzaq saxlamaq üçün anbar və odunluq olan mağara kənd əhalisinin hücum və qarətlər zamanı sığındığı və daldalandığı yer olmaqla yanaşı çoban və heyvanlarının təbii fəlakətlər zamanı orada qounması baxımından əhəmiyyətli rol oynayıb.
Kənddə 1873-cü ildə 87 nəfər, 1886-cı ildə 184 nəfər, 1897-ci ildə 60 nəfər, 1904-cü ildə 218 nəfər, 1914-cü ildə 240 nəfər, 1916-cı ildə 209 nəfər azərbaycanlı yaşamışdır.[ii]
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq, sakinləri deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir. Yalnız 1926-cı ildə burada 6 nəfər azərbaycanlı olmuş[iii], onlar da 1928-29-cu illərdə sıxışdırılıb kənddən çıxarılmışdır.
Toponim daylaxlı tayfa adı əsasında əmələ gəlmişdir. Fikrimizcə, daylaxlı etnoniminin əsasında qədim “dey” etnonimi[i] dayanır. Dey>day tayfasını skiflərin bir qolu da hesab edirlər.[ii] Etnotoponimdir. Quruluşca sadə toponim olub, ərazinin türk yurdu olduğunu göstərir.
[i] Hacıyev T. Azərbaycanın qədim onomastikasına dair. Azərbaycan filologiyası məsələləri, II bur., Bakı, «Elm», 1984. s.128
[ii] Eyvazova R. Əfqanıstanda türk mənşəli toponimlər, Bakı, «Elm», 1995. s.161
[i] https://www.facebook.com/photo/?fbid=803286229747509&set=a.103688689707270
[ii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.88–89, 158–159
[iii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.88–89
