- Tarixi
- XIX–XX əsrlər
- YerləşməƏvvəlki toponim
Dədəpir Tayaqayanın yaxınlığında, Ağbabadan Qarsa gedən karvan yolunun yanında yerləşirdi.
- YerləşməHazırkı toponim
Ağbaba nahiyəsi – 09.09.1930-cu ildən Amasiya rayonu
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Dədəpir ziyarətgahı Türkiyə-Ermənistan arasındakı tikanlı sərhəd məftillərinin keçdiyi ərazidə qalıb. Dədəpiri ziyarət etməyə icazə verilmir. Xaraba vəziyyətdədir.
- Məlumat
Dədəpir ziyarətgahı Qərbi Azərbaycan ərazisindəki digər ibadət ocaqları kimi Azərbaycan xalqına məxsus dini-irfani, sakral-tarixi abidə kimi maddi-mədəni irsin dəyərli elementlərindən hesab olunur. Dədəpir ziyarətgahı ətraf ərazilərdən gələn əhalinin ən çox ziyarət etdiyi yerlərdən biri idi.
Dədəpir ziyarətgahı hündürlüyü iki metrə çatan başdaşı olub, balaca hasarla əhatəyə alınmışdı. Hasarın qapısından pirə daxil olur, onun üstündə qurban kəsir, oraya nəzir qoyurdular. Yaşlıların dediklərinə görə, çox qədim pirlərdən sayılırdı.
Dədəpir də sərhədin tikanlı məftillərinin arasında qaldığından ziyarət edilməsə də, yaşlıların söz-söhbətində tez-tez xatırlanırdı[i].
[i] Səmimi Tacir. Ağbaba ziyarətgahları (ocaqlar, pirlər). Bakı, 2008, səh.19