Əsas şəkil

Dəli qul qalası

Tarixi
E.ə. II minilliyin sonları
Yerləşmə
Əvvəlki toponim

Göyçə mahalı­nın Kəvər (Yeni Bə­­yazid) ra­yo­nunun 3 kilo­metr cənub-şər­qin­dəki Qul Əli kəndində

Yerləşmə
Hazırkı toponim

Kəvər ra­yonu–13.04.1959-cu ildən Kamo, Qul Əli kəndi– 01.06.1940-cı ildən Kar­mirg-yuğ (Qırmızı kənd)

Təsnifatı

Memarlıq 

Mövcud vəziyyəti

Qul Əli kəndi ərazisindəki qə­­dim qala həm bəşər öv­ladının bu yer­lərdə məskun­laşma tarixinin dəqiqləşdiril­məsi, həm də qalanın əzəli sahiblərinin kim­liyinin müəy­yənləş­di­rilməsi baxı­mın­dan olduq­ca böyük əhə­miyyət kəsb edir. Qıpçaq memar­lığının nümu­nəsi olan Bənd­­qa­­lanın qalıqları yer­ləşdiyi əra­zidə qalmaq­da­dır. Ermənilər tə­rəfindən mə­nim­­sənilib.Van çarlığına məx­sus qala kimi təqdim olunur.

Məlumat

Kənd, Qul Əli dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəri­təsində[i] qeyd edilmişdir.

Akademik B.Piotrovski öz döv­rünün analoji tikililərinə nisbətən olduqca yaxşı vəziyyətdə qalmış bu qalanı tədqiq edərək tam əmin­liklə bildirmişdir ki, eramızdan əv­vəlki dövrün ikinci minilliyinin sonlarında inşa edilmiş bu qala ümumən Kəvər hövzəsindəki va­hid dövlətin müdafiə istehkamları kompleksinə daxil olsa da, bir çox qalalardan fərqli olaraq istehkam zəncirbəndi mahiyyəti yox, müs­tə­qil yaşayış-müdafiə kompleksi səciyyəsi daşıyırmış və ... Ən əsa­sı, B.Piotrovski bu qalanın me­mar­lıq həllində “Urartu tikililə­ri”nə uyğarlıq olmamasını bir­mə­nalı şəkildə qeyd etməklə yanaşı, qalada aşkarlanmış məişət əşyala­rının Nor-Bayazit (Kəvər) qalası­nın əsas hissəsindəki və Tsovi-nar (Kələqıran) qalası ərazisindəki ana­­loji tapıntılarla oxşarlığına xü­susi diqqət yönəldərək, belə bir el­mi hipotez irəli sürür ki, “Qul Əli, Kəvər və Kələqıran qalaları eyni vaxtda tikilməsələr də, hər üçünün eyni etnosun mədəniyyət nümunələri olduğu şübhə doğur­mur...”.

Qul Əli ilə bağlı ilk rəsmi yazılı məlumat isə XVI əsrə aiddir. Bu sənədlərdə o “Dəli Qul qalası” ki­mi göstərilir və Səfəvi-Azərbay­can dövlətinin Çuxur-Səəd bəy­lər­­­bəyliyinə daxil olan strateji qa­la­lardan biri kimi təsniflənir. 1723-cü ildə Osmanlılar Göyçə gö­lü hövzəsinə tam nəzarət im­ka­nı əldə etdikdən sonra tərtib edil­miş və 12 aprel 1728-ci ildə Əh­məd şah Mehmet xan oğlu tərə­fin­dən təsdiqlənmiş “İrəvan əya­lə­tinin icmal dəftəri”nin 12-ci sə­hi­fəsində isə kənd “başqa bir adı Qaradəli olan Dəliqul kəndi” təs­nifatı ilə təqdim olunaraq, İrəvan əyalətinin Göyçə nahiyəsinin inzi­bati vahidlərindən biri kimi səciy­yə­ləndirilir[ii].

Toponim qıp­çaq türk tayfa­sından olan qul etno­nimi­nin[i] Əli şəxs adına birləş­mə­­sindən əmə­lə gəlmiş­dir və “qul tayfasın­dan olan Əliyə məxsus kənd” anlamını ifadə edir. Quruluş­ca mürəkkəb toponimdir.


 


[i] Баскаков Н.А. Введения и изучения тюркских языков, Изд.2е, М., «Высш.школа», 1969. s.235


 


[i] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.147

[ii] Vilayətoğlu Salman. Oğuz Elinin müqəddəs ocağı – Göyçə. Bakı: 2006, s.312-313