- Tarixi
 - E.ə II minillik
 - YerləşməƏvvəlki toponim
 İrəvan quberniyasının Yeni Bayazet qəzasında yerləşən Qaranlıq rayonundakı Dəlikdaş[i] kəndində[ii]
- YerləşməHazırkı toponim
 Qaranlıq rayonu –Martuni, Dəlikdaş kəndi 21.06.1948-ci ildən –Tsaxkar (Dəlikdaş)
- Təsnifatı
 Memarlıq
- Mövcud vəziyyəti
 Dəlikdaş mağarası ermənilər tərəfindən mənimsənilib, hal–hazırkı dövrdə erməni abidəsi kimi təqdim olunur.
- Məlumat
 Dəlikdaş qalasından təxminən 150-200 metr cənubdakı qayalıqda Dəlikdaş mağarası başlayır. Bölgədəki digər mağaralardan uzun olan təbii mağara–tunel Göyəm silsiləsinin cənub yamaclarına, Dərələyəz çökəkliyinə çıxır.[i] Mağaranın təxminən 1 kilometr dərinliyində hava axınının olması faktı mağaranın qapalı yox, daha çox keçid üçün istifadə olunmasına dəlalət edir.
XX yüzilin 80-ci illərində kənddə yaşayan ermənilərin bilgilərinə əsasən, “bu kəndin əzəli sahiblərinin (yəni Oğuz türklərinin) inancına görə, Dəlikdaş mağarası sehirlidir və onu axıracan keçmək kimsəyə müyəssər olmayıb, çünki mağaranın əsl sahibi olan Təpəgöz bura qədəm qoyan hər kəsi udub”. Bu faktla ermənilər də kəndin azərbaycanlı yurdu olduğunu təsdiqləyir.
Toponim "dərin, dar çuxur",[i] "mağara"[ii] mənalarında işlənən dəlik sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Mağara toponimdə də öz əksini tapıb.
[i] Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.62,53
[ii] Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.61
[i] Ermənistan Tarixi Abidələrin Bərpası və Qorunması üzrə Dövlət Komitəsinin illik hesabatı–1965.
