Əsas şəkil

Dəlikdaş kəndində qala

Tarixi
E.ə II minillik
Yerləşmə
Əvvəlki toponim

İrəvan quber­ni­ya­sının Yeni Ba­yazid qəza­sın­da yerləşən Qaranlıq  ra­yo­nundakı Dəlik­daş[i]kəndin­də.[ii]
 


[i] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. .

[ii] Велиханлы Н. Ибн Хордадбех. Баку, 1985. .

Yerləşmə
Hazırkı toponim

Qaranlıq rayo­nu–Martuni, Də­likdaş kəndi 21.06.1948-ci ildən Tsaxkar (Dəlikdaş)  

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Dəlikdaş qa­lası­­nın qalıqları 1988-ci ildə azərbaycanlıla­rın kütləvi de­portasiyasına qə­dər yerləş­di­yi ərazidə qa­lır­dı.

Məlumat

Dəlikdaş qalası Dəlikdaş kəndinin müasir coğrafi mövqeyindən təxminən 1 kilometr qərbdə yerləşir. Qədim qalanın eramızdan əvvəlki II minilliyə aid olduğunu erməni tarixçilərinin özləri də rəsmi mənbələrdə qeyd ediblər[i]

Dəlikdaş mağara–keçidinin girəcəyin­dən təxminən 2 kilometr cənub–qərbdə zil qara rəngə çalan dağlarla əhatə­lənmiş yarğandakı qayanın içində bir neçə yarusdan ibarət olan oyma qaladır ki, bu mənzərə eynən Dədə Qor­qud­dakı Şöklii Məliyin yurdunu xatırladır. Bütün bu maddi sübutlar Dəlikdaşın oğuz tür­kü­nün tarixindəki rolu­nun öyrənilməsi ba­xı­mından gə­rək­li mə­qam­lardır.[ii]Kənd rayon mər­kəzindən 9 km məsa­fə­də, Də­likdaş ça­yı­nın ya­nında, Göyçə gö­lünün sahi­lində yer­ləşir. "İrəvan əya­lə­ti­nin icmal dəf­təri"ndə[iii], Qafqazın 5 verstlik xə­ri­tə­sində[iv] qeyd edilmişdir.

1728-ci ilə aid mənbədə İrəvan əyalə­tinin Söyçə nahiyyəsində Dəlik Taş kimi qeyd olunub.[v]1728-ci ildə Əhməd şah Məhmət xan oğlu tərəfindən təs­diqlə­nə­rək tuğralanmış “İrəvan əya­lə­tinin icmal dəf­təri”nin 12-ci səhifə­sin­dəki qeydlərdə isə Dəlikdaş İrəvan əya­lətinin Göyçə nahiyə­si­nin inzibati va­hid­lərindən biri kimi təq­dim olunur. [vi]  Mən­bə­lərdə Də­lik Taş adlı digər kən­din İrəvan əyaləti­nin Qırx­bulaq nahiyəsində yerləşdiyi gös­­təri­lir.[vii]"Dəlikdaş" qayalı dağın adın­­­dandır. İ.Şopen tərəfindən tərtib olun­muş siya­hısında Dəlikdaşın adı 20-ci sırada qeyd edilib. Siyahıda 1831-ci ildə Dəlikdaşda 87 azərbaycanlı ailəsi (464 nəfər), 1901-ci ildə 547 nəfər azərbay­canlı, 432 nəfər erməni sakinin yaşadığı qeyd olunub. 1918-ci ildə erməni soyqı­rımı nəticəsin­də kəndin azərbaycanlı əha­­lisinin əksə­riyyəti öldürülüb. 1922-ci ildə kəndə 156 nəfər azərbaycanlı qayı­dıb. 1931-ci ildə Dəlik­daşda yaşa­yan azər­­baycanlıların sa­yı 301 olub. 1948-ci ildə azərbay­canlılar kənd­dən deportasiya edilib.

Toponim "də­rin, dar çu­xur",[i] "ma­ğara"[ii] mənala­rın­da işlənən də­lik sözü ilə Azərbaycan di­lində "dağ, qa­ya" mənasında işlənən daş sö­zü­nün birləş­mə­­­sin­dən əmə­lə gəl­mişdir. Rel­yef əsasın­da ya­ranan mü­rəkkəb quru­luş­lu topo­nim­dir. 
 


[i] Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.62,53

[ii] Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.61


 


[i] Ermənistan Tarixi Abidələrin Bərpası və Qorunması üzrə Dövlət Komitəsinin illik hesabatı–196

[ii] Vilayətoğlu, S. Oğuz Elinin müqəddəs ocağı Göyçə/Salman Vilayətoğlu.Bakı, 2006–S.118–119

[iii] İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.56

[iv] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.74

[v] Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728–ye tarihi. Revan ey–aleti Defteri.

[vi] Vəlixanlı N. IX–XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. Bakı, 1974.

[vii] Абаев В.И. Историко–этимологический словарь осетинского языка. Том IIV. .