- Tarixi
- E.ə.II minillik
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Yeni Bəyazet qəzasında yerləşən Kəvər rayonundakı Dəliqardaş kəndində
- YerləşməHazırkı toponim
Kəvər rayonu 13.04.1959-cu ildən – Kamo Dəliqardaş kəndi –21.06.1948-ci ildən –Saruxan
- Təsnifatı
Arxeoloji abidə
- Mövcud vəziyyəti
Dəliqardaş kəndindəki istehkam və qala divarlarının bünövrəsinin qalıqları 1988-ci ildə azərbaycanlıların kütləvi deportasiyasına qədər qalırdı.
- Məlumat
Dəliqardaş kəndinin adı Səfəvilər dövlətinin arxivlərində qeyd olunub. Kəndin tarixdəki izləri eramızdan əvvəlki dövrün II minilliyində müşahidə olunur. Kəndin ərazisindəki istehkam və qala divarları burada yaşayan türk tayfaları tərəfindən salınması Dəliqardaş kəndinin oğuz türkləri tərəfindən binələşdirilməsinin azı 3000 illik tarixə malik olduğunu göstərir. Kənddə həmçinin eramızdan əvvəlki X-IX əsrlərə məxsus olan bir neçə mixi yazılı qəbirüstü kitabələrin qalıqları mövcud olub. 1828-ci ildə rusların iradəsi ilə yaradılan erməni vilayətinin tərkibinə qatılan Göyçə mahalının o zaman yaşayış üçün yararlı sayılan 59 kəndinin İ.Şopen tərəfindən tərtib edilmiş siyahısında Dəliqardaş kəndinin adı 13-cü sırada yer alıb. 1931- ci ildə Dəliqardaş kəndinin sırf azərbaycanlılardan ibarət 376 nəfər əhalisi olub. 1828-1830-cu illərdə Türkiyənin Bəyazet qəzasından kəndə 182 erməni köçürülüb.[i] 1897-ci ildə burada yaşayan azərbaycanlıların sayı 225 nəfər olub. 1918-ci ildə azərbaycanlı əhali soyqırımına məruz qalıb. Sağ qalanlar isə kəndi tərk edib. 1922-ci ildə 17 ailə öz doğma yurduna qayıdıb. 1937-ci il repressiyaları zamanı kənddəki 12 azərbaycanlı əhali kütləvi qaydada Qazaxıstana sürgün edilib.[ii]
Toponim qədim türk tayfalarından biri olan “tele” (>dəli) etnoniminə[i] “qardaş” sözünün artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Toponim və mixi yazılı kitabənin qalıqları kəndin əsas sakinlərinin azərbaycanlılar olduğu yönündədir.
[i] Qumilyev L.N. Qədim türklər (tərcümə edənlər: V.Quliyev, V.Həbiboğlu), Bakı, “Gənclik”, 1993. s.21,25
