Dəmirbulaq məscidi

Tarixi:
XVII–XVIII əsr
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan şəhəri

Yerləşmə /
Hazırkı toponim:

İrəvan şəhəri

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Dərmirbulaq məscidi 1990-cı ildə tamamilə dağıdılmışdır və onun yerində müasir yaşayıyış  binası inşa edilmişdir

Məlumat:

İrəvan  şəhərindəki Dəmirbulaq məscidi (XVII–XVIII əsrlərə aid)  

İrəvan şəhərinin Dəmirbulaq məhəlləsində yerləşən XVII–XVIII əsrlərə aid məscid , bina¬sı¬nın üstündə düzəldilmiş günlüyə görə “Günlüklü”, eyni zamanda “Çətirli məscid” adlanmışdır. Məscid İrəvan şəhərinin varlı şəxslərindən olan Hacı Müzəffər Ağa tərəfindən tikdirilmişdir. Üzərindəki kitabədə məscidin hicri təqvimi ilə 1327-ci  ildə, yəni miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdir. Məscidin minarəsi yox idi. Əvəzində məscid binasının damında açıq havada 1,5–2 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmişdi.

 1988-ci ilə qədər fəaliyyət göstərən və şəhərin dindar müsəlmanlarına xidmət edən məscid həmin ilin fevral ayının 23-də radikal erməni millətçiləri tərəfindən hücuma məruz qalmış, talan edilmiş və yandırılmışdır.  Dərmirbulaq məscidi 1990-cı ildə tamamilə dağıdılmışdır və onun yerində müasir yaşayıyış  binası inşa edilmişdir.  

Fotolar:
Videolar: