- Tarixi
- IV-V yüzil
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Dəmirçiobası kəndində
- YerləşməHazırkı toponim
Dəmirçiobası kəndi –Dəmirçi Poğos
- Təsnifatı
Arxeoloji abidə
- Mövcud vəziyyəti
Ermitaj ekspedisiyasının apardığı arxeoloji qazıntı nəticəsində aşkara çıxan oğuz tüklərinə məxsus dəmirçi alələtləri və qızıl əşyalar ermənilər tərəfindən mənimsənilib. Əşyalar muzeylərdə erməni sənət nümünəsi kimi nümayiş etdirilir.
- Məlumat
XX əsrin 50-ci illərinin əvvəllərində Göyçə hövzəsində axtarış aparan Ermitaj ekspedisiyası XV-XVI əsrlərə aid dəmirçi emalatxanasının qalıqlarını, daha dərin qatlardan isə IV-V əsrlərə aid qızıl əşyalar və təxminən o dövrlərə aid dəmirçi alətləri aşkarladılar. Bu ərazidə dəmirçiliklə məşğul olan nəslin, yaxud elatın yaşadığı şəksiz idi. Tapılmış qızıl əşyaların oğuz kultunun izlərini əks etdirməsi və istifadə olunan qızılın Zod qızılı olduğunun elmi cəhətdən təsdiqlənməsi bu sualın cavabında tərəddüdlərə yer qoymurdu: eramızın əvvəllərində Göyçədə dəmirçilik peşəsinə mükəmməl şəkildə yiyələnmiş insanlar oğuzlar olub.
İ.Şopenin siyahısında Dəmirçiobası kəndi 1826-1828 Türkiyə-İran, 1828-1829-cu illərdə Türkiyə-Rusiya müharibələri nəticəsində dağılmış kəndlər arasında 14-cü sırada “Dəmirçi Poğos”[i] adı ilə qeyd olunub.
İ.Şopen tərəfindən tərtib edilmiş siyahılarında Dəmirçiobası adı yoxdur. Erməni diyarşünasları da məhz bu fakta istinadən Göyçədə belə bir kəndin ümumiyyətlə mövcud olmaması barədə iddialarında israr göstərirlər. Amma XVIII əsr müəllifi S.İrəvanlının qeydlərində Göyçə mahalında belə bir yurd yerinin olması birmənalı şəkildə təsdiqlənir.
İ.Şopen tərəfindən tərtib edilmiş siyahılarında Dəmirçiobası adı yoxdur. Erməni diyarşünasları da məhz bu fakta istinadən Göyçədə belə bir kəndin ümumiyyətlə mövcud olmaması barədə iddialarında israr göstərirlər. Amma XVIII əsr müəllifi S.İrəvanlımn qeydlərində Göyçə mahalında belə bir yurd yerinin olması birmənalı şəkildə təsdiqlənir.
“Viran qoyulmuş kəndlərin siyahısı”na düşmüş 67 yurd yerindən 66[ii]-nın türklərə məxsusluğu və onların məhz erməni–rus hərbi birləşmələri tərəfindən dağıdılması həm ermənilər, həm də İ.Şopen tərəfindən təsdiqlənib.
Əgər kənd doğrudan da İvan Şopen tərəfindən qeyd edildiyi kimi “Dəmirçi Poğos” kəndi olsaydı, bərpa olunacaq kəndlər siyahında olardı. Oğuz türlərinə aid qədim kənd olduğu üçün viran edilmiş, dağıdılmış kəndlər siyahısına salınıb.
